Əsas Səhifə > Sosial, Manşet > AYDIN ƏLİYEVİ HƏDƏFƏ ALANIN KİMLİYİ BƏLLİ OLDU
AYDIN ƏLİYEVİ HƏDƏFƏ ALANIN KİMLİYİ BƏLLİ OLDU13-06-2013, 13:35 |
DGK RƏHBƏRİNƏ QARŞI KAMPANİYA APARAN «ROKFELLER» ONUN YERİNƏ KEÇİR DİA.AZ: - Hamının vəzifəsindən alınacağını gözlədiyi bir məqamda Astara Gömrük İdarəsinin rəisi postunu tutan Hikmət Məmmədov karyerasında yüksəliş dövrünə qədəm qoyub. Hər halda, DİA.AZ-a daxil olan informasiyalardan belə məlum olur. Redaksiyamıza xəbər verən mənbənin bildirdiyinə görə, builki prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsində sistemli dəyişikliklər həyata keçiriləcək ki, bu zaman DGK rəhbəri Aydın Əliyevin də istefası nəzərdə tutulub. Mənbə iddia edir ki, adı daha çox vətəndaşların şikayət məktublarında hallandırılan və Astara gömrükxanasını əməlli-başlı bazara çevirmiş «Rokfeller» ləqəbli Hikmət Məmmədovun Aydın Əliyevin yerinə gətirilmə niyyəti elə gömrük orqanlarında da böyük şok yaradıb. Mənbənin söylədikləri: «Buradan həm də bir məsələ aydın olub ki, bu günə qədər DGK rəhbərliyinə qarşı mətbuatda aparılan kampaniyanı da məhz Hikmət Məmmədov təşkil edib. Artıq bu barədə təkzibolunmaz faktlar da var. Amma vəziyyət o hala düşüb ki, Aydın Əliyevin özünümüdafiə imkanları tükənib. Hətta bu gün gömrük orqanlarını nəzarətində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da onu qorumaq iqtidarında deyil». Xatırladaq ki, bir neçə gün əvvəl Aydın Əliyevin göstərişi ilə gömrük orqanları ilə bağlı mətbuata ötürülən faktların qaynaqlarının müəyyənləşdirilməsinə çalışıldığı xəbəri yayıldı. Yəni DGK-da təlaşın olması faktı əvəlcədən məlum idi. Geri qayıt |