Əsas Səhifə > Şou-biznes > AYGÜN BRİLLİANTI "BAQAJA" QOYDU
AYGÜN BRİLLİANTI "BAQAJA" QOYDU17-12-2011, 12:47 |
“FAİQ AĞAYEVƏ QARŞI QRUPA BRİLLİANT BAŞÇILIQ EDİB” Azərbaycanın xalq artisti etiraf etdi ki, bir vaxtlar Faiq Ağayevə qarşı olan qrupun rəhbəri Brilliant Dadaşova olub. Milli.Az xəbər portalının məlumatına görə Rus Dram Teatrının aktyoru, "Aramızda qalsın" serialının populyar simalarından biri olan Rüfət Nəzərovun təqdimatında Space TV-də yayımlanan "Yalan-doğru" verilişinin qonağı olmuş Aygün Kazımova olduqca səmimi etiraflar etdi. Onlardan ən yaddaqalanı bir vaxtlar həm özünün, həm də yaxın rəfiqələri - xalq artistləri Zülfiyyə Xanbabayeva ilə Brilliant Dadaşovanın Faiq Ağayevlə münasibətlərini dondurmalarının səbəbkarının kim olması oldu. Aygün dedi ki, bu xanım Brilliant Dadaşovadır. Veriliş bitən kimi gecəyarısı Facebook sosial şəbəkəsində yazdığı statusla çoxlarını şoka salan Faiq Ağayev məsələyə münasibət bildirdi. "Səbrli ol, Allah mütləq agah edəcək! Əmin idim ki, nə vaxtsa bu məsələnin üstü açılacaq. Bildiyimi xalq da oyrənəcək. Space-də yayımlanan "Yalan-doğru" verilişində Aygün etiraf etdi ki, mənə qarşı olan Brilliant-Zulya-Aygün üçlüyünün rəhbəri Dadaşova idi... Bravo, Aygün Kazımova! Ürəyimdə sənin yerin ayrıdır..." - Faiq belə yazdı. Çox keçmədi ki, şərhlər yazıldı və xalq artisti statusunda növbəti dəfə rəy bildirdi: "Əziz dostlar! Bu statusu ondan ötrü yazmadım ki, kimsə kimisə aşağılasın. Lütfən, bir az diqqətli olun! Onsuz da nəzarətdə saxlamışam, səhifəmdə senzuranı özüm edirəm..." Milli.Az-a açıqlamasında bu söhbətin şişirdilməsində maraqlı olmadığını vurğulayan Aygün xanım, proqramda səsləndirdiyi fikirlərə görə peşmançılıq keçirmədiyini söylədi. "Verilişin formatı insanın keçirdiyi hisslər üzərində qurulub. Aparıcı sual verir, psixoloq Elmir Əkbər isə doğru və yalan dediyim açıqlamaları ürək döyüntülərimi əks etdirən noutbuk vasitəsi ilə izləyirdi. Yəni yalan danışsaydım, tamaşaçıları aldatmış olacaqdım. Oradakı suallara təkrar şərh vermək niyyətində də deyiləm. Dediyim sözlərin uzun-uzadı müzakirə mövzusuna çevrilməsini istəmirəm", - Kazımova dedi. Faiq Ağayevin sosial şəbəkədə status yazdığını bizdən öyrənən Aygün xanım, bu barədə də danışmamağa üstünlük verdi. Söhbətdə adı hallanan Brilliant xanımın hansı açıqlama ilə çıxış edəcəyi daha maraqlı olduğundan onunla da əlaqə saxlamağa çalışdıq. Bir neçə dəfə bizə məlum olan mobil telefonuna zəng etsək də cavab verən olmadı. Əminliklə vurğulamaq olar ki, Aygün Kazımovanın bu açıqlaması durğunluq dövrünü yaşayan yerli şou-biznesdə əsl çalxalanmaya səbəb oldu. Atalar demişkən, "bu xəmir hələ çox su aparacaq..." Geri qayıt |