Əsas Səhifə > Dünya > NABUCCO NİYƏ YUBANIR?

NABUCCO NİYƏ YUBANIR?


26-09-2011, 12:34
NABUCCO NİYƏ YUBANIR?

BUNA SƏBƏB AVROPADA FİKİR AYRILIĞININ OLMASIDIR

““Nabucco” layihəsinin ləng inkişafının səbəbi Avropada siyasi durğunluq və fikir ayrılığıdır. Avropa enerji təhlükəsizliyi barədə danışır, lakin görünür layihəni başlanğıc nöqtəyə gətirmək üçün siyasi iradəyə sahib deyil”. Bu açıqlamanı APA-nın Vaşinqton müxbirinə Vaşinqtonda yerləşən Qlobal Təhlükəsizlik Araşdırmaları İnstitutunun icraçı direktoru Qal Laft verib.

O hesab edir ki, “Nabucco”nun hazırkı maliyyə vəziyyəti layihənin reallaşmasının mümkünlüyünü daha da azaldacaq.

Xəzərin Azərbaycan hissəsində bu yaxınlarda aşkar olunmuş qaz yatağı barədə danışarkən analitik qeyd edib ki, “Abşeron” yatağı böyükdür və məhsuldardır, lakin hazırda təbii qazın qiyməti aşağıdır və yaxın gələcəkdə investisiyaların gəlirliliyi ilə bağlı qeyri-müəyyənlik var.

Analitik Avropa İttifaqının Avropa Komissiyasına Transxəzər qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqlar aparması üçün mandat verməsinə Rusiyanın reaksiyasını Xəzərin problemlərinə üçüncü tərəfin müdaxiləsi kimi baxır.

“Avropa Komissiyasının anlaşmanın hüquqi bazasına dair danışıqlar aparması Rusiyanın narahatçılığı üçün əsas vermir. Bu cür proseslər çox vaxt aparır və ona görə də təsiri az olur. Moskva Xəzər dənizinin Qara dənizlə Volqa-Don kanalı vasitəsilə birləşməsini dəstəkləyir. Bununla da Rusiya Xəzər enerjisinin əsas daşıyıcısı olaraq qalacaq. Avropanın süst bürokratik sistemi Rusiya layihəçilərinin çevikliyi ilə rəqabət apara bilməz”.


Geri qayıt