Əsas Səhifə > Güney Press, Araşdırma > NEFTÇALANIN HALINA AĞLAYAN LAZIMDIR
NEFTÇALANIN HALINA AĞLAYAN LAZIMDIR14-06-2013, 10:26 |
BU RAYONDA CİDDİDƏN BAŞÇI ROBLEMİ VAR "Ölkə rəhbəri son iki ildə, Neftçala rayonunun sosial inkişafının sürətləndirilməsi üçün büccədən 7 milyon manat vəsait ayırıb. Bu məbləğlə rayonu Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirmək olardı. Lakin bu vəsaitlə rayonda, uzun müddətdir ki yığılıb qalan problemləri həll etmək hələki mümkün olmayıb. Görünən odur ki icra başçısı başda olmaqla bəzi idarə müdirləri həmin vəsaitlərin təyinatı üzrə sərf edilməsində nəzər çarpan dərəcədə qanun pozuntularına yol veriblər. Beləki İsmayıl Vəliyev rayonda işlədiyi iki il ərzində buranı acınacaqlı vəziyyətə salıb. Qonşu rayonlarla müqayisədə Neftçala həddindən artıq geridə qalıb. Bakıya ən yaxın rayonlardan biri olmasına baxmayaraq, bura ucqar kəndlərdən heç nə ilə fərqlənmir. Əraziyə daxil olan istənilən şəxsin qarşısına çıxan çala çuxur yollar şəhər mərkəzində də davam etdir. Niyə ? Düzü maraqldır. Məlumat üçün qeyd edək ki təkcə bu ilin mart ayında şəhər daxili yoların əsaslı təmir üçün özünə yaxın şirkətə Eleqant-CO" MMC-e icra başçısı büccədən 565.800 manat vəsait ayırıb .Təssüf ki, bərbad yollarla acınacaqlı vəziyyən göz önündədir. Hərdən bir köhnə şalvar kimi yamaq vurulur. Şəhər mərkəzindəki gözə dəyən ikinci ciddi problem hərtərəfin zibillik içində itib batmasıdır. Araşdırmamız zamanı məlum oldu ki, ötən ilin oktyabır ayında Neftçala şəhər inzibati ərazi nümayəndəsi 34.030 manat nəğd vəsaiti "Təmir-Bərpa" MMC-yə ödəyib ki, ondan zibil qutuları alsın . Həmin tarixdən 7 ay ötməsinə baxmayaraq hələlik şəhərdə gözə dəyən zibil qutuları yoxdur. Düzü təcüblüdür, hanı bəs zibil qutuları ? görünür əməliyyat sadəcə sənəd üzərində gedib. Belə acınacaqlı faktlar Neftçala rayonunda kifaiyət qədərdir. Maraqlı mənzərələrdən biridə iri buyunuzlu heyvanların şəhər mərkəzindəki yem axtarışıdır. Burada avtomabili belə idarə etməyi müşkül işə çevrilib. Qeyd olunanlar şəkillərdədə aydın görünür.Yəqin ki, yaxın zamanlarda yuxarı dairələr İsmayıl Vəliyevdən soruşar: Neftçala niyə bu gündədir ? Düzü onun verəcəyi cavab maraqlı olardı. infom.az Geri qayıt |