Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ İCRA BAŞÇISINI BİTİRİR
FHN ŞEFİ İCRA BAŞÇISINI BİTİRİR17-12-2011, 13:35 |
KƏMALƏDDİN HEYDƏROV RAZİM MƏMMƏDOVU NİYƏ MƏHKƏMƏYƏ VERİB? DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Xətai rayonunun icra başçısı Razim Məmmədov çox ciddi problemlər yaşayır və hətta onun həbs olunma təhlükəsi var. Məlumatımızda bildirmişdik ki, Razim Məmmədov hələ də problemləri çözülməyən «Gen» MMC qurbanları ilə bağlı yaranmış qalmaqalın güdazına gedir. Bu barədə verilən xəbərə görə, əslində Razim Məmmədov «Gen» MMC-nin əsas ortaqlarından biri olub və şirkətin nümayəndələri yüzlərlə sakini məhz Razim Məmmədova güvənərək müflisləşdirib. Lakin buna baxmayaraq icra başçısı azadlıqda qalmağa müəssər oldu. Amma bu da müvəqqəti imiş. Məlumatlı mənbələr iddia edir ki, artıq icra başçısı ilə bağlı bütün tədarüklər görülüb. Səbəb isə «Gen» MMC ilə bağlı qalmaqalın uzanmasıdır. Məlumatlı qaynaqların bilgisində vurğulanır ki, Razim Məmmədova fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aldadılmış sakinlərin razı salınması barədə göstəriş verilsə də, icra başçısı yaxasını kənara çəkib: «Halbuki belə bir tapşırıq Kəmaləddin Heydərovun özünə də prezident tərəfindən verilib. Yəni İlham Əliyev FHN şefinə «Gen» MMC vasitəsilə narazı düşmüş sakinlərin razı salınması barədə göstəriş verib. Kəmaləddin Heydərov da işin əsl mahiyyətindən xəbərdar olduğundan Razim Məmmədova eyni tapşırığı verib. Lakin icra başçısı razılaşmayıb və bu gün də kimsə sakinləri razı salmaq barədə düşünmür. Halbuki prezidentin bu barədə tapşırığı olub». Mənbənin sözlərinə görə, bundan sonra Kəmaləddin Heydərov icra başçısını bitirmə qərarını verib: «Amma Razim Məmmədovun arxasında birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayandığından FHN şefi hələlik manevrlər etməkdədir». Onu da qeyd edək ki, artıq fövqəladə hallar nazirliyi tərəfindən iki rayonun icra hakimiyyəti məhkəmə verilib və onlardan biri də məhz Xətai rayon icra hakimiyyətidir. Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl rəsmi məlumatlar da dövrü mətbuata açıqlandı. Xəbərdə bildirilirdi ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunun İcra Hakimiyyətini məhkəməyə verib. Bunu FHN-in Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət edilməsinin səbəbi icra hakimiyyəti orqanlarının burdakı yaşayış binalarında yol verilən qanunsuz layihə dəyişdirmə işlərinin qarşısını almamasıdır. E.Əsədov qeyd edib ki, FHN-in bilavasitə vəzifələrinə daxil olmasa da, nazirlik ona edilən müraciətlər əsasında Bakının bir sıra rayonlarında əvvəllər tikilmiş binaların texniki vəziyyətini, onların təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyini araşdırıb. Bu zaman bəzi binalarda ciddi pozuntuların olduğu, eləcə də qanunsuz konstruksiya dəyişikliklərinin aparıldığı və nəticədə binalarda təhlükəli vəziyyət yarandığı bəlli olub: “Söhbət “xruşşovka” adı ilə tanınan və iri panelli binalardan gedir”. Ən çox belə hallar Bakının Xətai, Nəsimi, Yasamal və Binəqədi rayonlarında qeydə alınıb. E.Əsədovun sözlərinə görə, nazirlik həmin rayonların icra hakimiyyəti orqanlarını bu pozuntuların aradan qaldırılmasına dəvət edib: “Bu pozuntular bəzi rayonlarda aradan qaldırılsa da, iki rayonda aradan qaldırılmayıb. Nəticədə iki rayonun İcra Hakimiyyəti tərəfimizdən məhkəməyə verilib”. Bununla belə, FHN rəsmisi məhkəməyə verilən rayon İcra Hakimiyyətlərinin adlarını açıqlamayıb. İndi isə aydın olur ki, əslində Kəmaləddin Heydərovun Razim Məmmədova qəzəbli olmasının səbəbi heç də hansısa «xruşşovka» ila bağlı deyil. Bu arada bir başqa qaynaqlar redaksiyamıza bildirdilər ki, artıq Kəmaləddin Heydərov «Gen» MMC-nin qurbanları ilə danışıqlar aparır və onlara dəymiş maddi zərərin ödənilməsi barədə ümumi dil tapılacağı gözlənilir. Yəni bu da o deməkdir ki, Kəmaləddin Heydərov prezidentin tapşırığına əməl etmək fikrindədir və zərərçəkənləri öz hesabına razı salacaq. Bunun isə Razim Məmmədova çox baha başa oturacağı heç şübhəsizdir. Geri qayıt |