Əsas Səhifə > Dünya > QAZAXISTANDA FÖVQƏLADƏ VƏZİYYƏT
QAZAXISTANDA FÖVQƏLADƏ VƏZİYYƏT17-12-2011, 16:26 |
FV 20 GÜN QÜVVƏDƏ OLACAQ Qazaxıstan Prezidenti Janaozendə fövqəladə vəziyyət elan edib. "Janaozen şəhərində iqtisadiyyatın bərpa edilməsi, yandırılmış obyektlərin bərpası və ən başlıcası, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Janaozen şəhərində Konstitusiyaya və fövqəladə vəziyyət haqqında qanuna uyğun olaraq fövqəladə vəziyyətin elan edilməsinə dair fərman verirəm", - Trend-in məlumatına görə, şənbə günü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında bəyan edib. "Fövqəladə vəziyyət bu gün etibarən 20 gün qüvvədə olacaq. Əgər buna qədər bütün məsələləri həll edə bilsək, sakitlik bərpa olunsa, fövqəladə vəziyyət istənilən vaxt ləğv edilə bilər", - Prezident deyib. Geri qayıt |