Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEV DÜNYA MASON LOJASI İLƏ ƏLAQƏDƏ

RAMİZ MEHDİYEV DÜNYA MASON LOJASI İLƏ ƏLAQƏDƏ


17-06-2013, 13:18
RAMİZ MEHDİYEV DÜNYA MASON LOJASI İLƏ ƏLAQƏDƏ
BU KİMİ ÇARPAZLAŞMIŞ MÜNASİBƏTLƏR PA ŞEFİNİN GEDİŞİNİ ƏNGƏLLƏYİR

DİA.AZ: - Hakimiyyət dəhlizlərində Ramiz Mehdiyevə qarşı yeni hərəkətlənmənin baş qaldıracağı ilə bağlı müzakirələr artıb. Bu barədə DİA.AZ-ı bililəndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, Prezident Administrasiyasının (PA) rəhbərliyində dəyişikliyin həyata keçirilməsi yaxın gündəmin ən aktual məsələlərindən birinə çevrilə bilər.

Mənbənin DİA.AZ-a söylədikləri: «Ramiz Mehdiyev bu gün Rusiyanın adamı kimi tanınsa da, onun beynəlxalq yəhudi şəbəkəsi ilə də sıcaq əlaqələri var. Məsələn, ona yaxın olan şəxslərdən biri bu gün Bakıda fəaliyyət göstərən, İstanbul mason lojasına bağlı quruma rəhbərlik edir. Təbii ki, bu fakt çox mühüm əhəmiyyət kəsb edir».

Bu gün rəsmi Bakının qeyd olunan cərəyanla çox ciddi bağlarının olduğunu qeyd edən mənbəmiz onu da əlavə edib ki, məhz bu kimi münasibət çarpazlaşması Ramiz Mehdiyevlə bağlı gözlənilən qərarın verilməsi yolunda bir nömrəli əngəl kimi qəbul oluna bilər:

«Amma bütün bunlara rəğmən hakimiyyətin yeniləşən siyasəti də diqtə edir ki, Ramiz Mehdiyevlə bağlı qərar verilsin. Və bu qərar əksəriyyətin gözləntilərinin əksinə olaraq keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qədər veriləcək».

Geri qayıt