Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMLARI BEYLƏQANI TALAYIR

ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMLARI BEYLƏQANI TALAYIR


17-06-2013, 14:37
ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMLARI BEYLƏQANI TALAYIR
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Beyləqanda üç idarəsi fəaliyyət göstərir.
Bu idarpələrin rəhbərləri müxtəlif maxinasiyalar vasitəsi ilə hər il dövlətin milyonlarla manat vəsaitini mənimsəyirlər. Bunlardan birincisi Beyləqan Subartezian Quyularının İstismarı İdarəsidir. Bu idarəyə ölkənin mini oliqarxlarından biri hesab olunan Möhübbət Heydərov rəhbərlik edir. İkincisi Beyləqan Melorasiya İdarəsidir ki, ona da Nadir Alıyev rəhbərlik edir. Üçüncüsü isə Beyləqan Suvarma Sistemləri İdarəsidir ki, onun müdiri Ələmşah Məmmədquliyev uzun illərdir özünü Beyləqanda külli- ixtiyar sahibi kimi hiss edir və malı-mülkü ilə Beyləqanın ən varlı şəxslərindən hesab olunur.
Redaksiyamıza Beyləqandan daxil olan məlumatda bildirilir ki, 2012-ci il və 2013-cü ilin birinci rübündə Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Möhübbət Heydərov 2.039.399 manat vəsaitini göyə sovurub. Daha doğrusu idarə müdirinin 2 milyon vəsaitin böyük hissəsini sənədləşdirilərək mənimsənildiyi iddia olunur.
Belə ki, Möhübbət Heydərov 2012-ci ildə mexaniki və elektrik avadanlıqlarının alıması üçün Bakı şəhərində qeydiyyatda olan «Anar-B» MMC-nin hesabına 270379 manat vəsait köçürüb. Daha sonra isə tikinti materiallarının satın alınması üçün yenə də həmin «Anar-B» MMC-nin hesabına 89080 manat vəsait köçürüb.
2013-cü ilin birinci rübündə isə M. Heydərovun «Anar-B» MMC şirkəti ilə əməkdaşlığı daha da inkişaf edib. İdarə müdiri mexaniki avadanlıqların satın alınması üçün 188842 manat, tikinti materiallarının satın alınması üçünsə 181098 manat vəsaiti «Anar-B» MMC-nin hesabına köçürüb. Ümumilikdə isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-i Subartezian Quyularının İstismarı İdarəsinə 2 milyon manat vəsait ayırıb və Möhübbət Heydərov bu vəsaiti sənədləşdirərək «yoxa çıxarıb».
Məlumatda həmçinin bildirilir ki, M. Heydərov “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki «adamının» köməkliyi ilə bütün vəsaitlərin böyük bir hissəsini mənimsəyib. Belə ki, satınalınmalar zamanı “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki şəxsə bağlı olan «Anar-B» MMC-nin tenderləri udmasına şərait yaradılır və sonra qiymətlər bir neçə dəfə şişirdilir. Bir çox hallarda isə mexaniki və texniki avadanlıqlır heç alınmır. M. Heydərov sadəcə köhnə avadanlıqları rəngləməklə dövlətin vəsaitlərini “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki «adamı» ilə bölüşür.
Mənbə həmçinin bildirir ki, son bir il üç ay ərzində Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi 2 milyon manatdan artıq belə köçürmələr həyata keçirib. Həmin vəsaitin üçdə iki hissəsi isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul şəxsinin başçılığı altında mənimsənilib. Mənbə onu da qeyd edir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki şəxsin adını açıqlaya bilər. Lakin öz təhlükəsizliyini nəzərə alaraq hələ ki, susmağa üstünlük verir.
Qeyd edək ki, M.Heydərov bir neçə il əvvəl korrupsiyada ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə onun barəsində 1 il icbari həbs qərarı verib. Mənbə onu da bildirir ki, çalışdığı 18 il müddətində M.Heydərov Beyləqanda bir dənə də olsun artezian quyusu qazdırmayıb. Hazırda Beyləqanda ancaq SSRİ vaxtında qazılan artezian quyuları fəaliyyət göstərir və bu quyuların istismar dövrü çoxdan qurtarıb. Ona görə də həmin quyular Beyləqan camaatının suya olan təlabatını ödəyə bilmir. Bu üzdən Beyləqan şəhərinin böyük hissəsi susuzluqdan ehtiyac çəkir.
Qeyd edək ki, bizim sadaladığımız faktlar idarə müdirinin neçə ildə yol verdiyi talanın çox cüzi bir hissəsidir. Mənbə bildirir ki, M, Heydərov bu günə qədər on milyonlarla manat dövlət vəsaitini mənimsəyib və mənimsəməkdə davam edir. Bunun nəticəsində o, Beyləqanın ən varlı adamlarından biri hesab olunur. Onun Bakıda villaları, Beyləqanda çoxlu obyektlərinin olduğu vurğulanır.
Əhməd Əhmədzadıninin Beyləqandakı digər iki idarə müdirinin – Beyləqan Melorasiya İdarəsi müdiri Nadir Alıyevin və Beyləqan Suvrma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevin böyük maliyyə maxinasiyaları iləsə ikinci yazımızda tanış olacaqsınız.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (pia.az)

Geri qayıt