Əsas Səhifə > Dünya > JANAOZEN TƏHLÜKƏLİ YERƏ ÇEVRİLİB

JANAOZEN TƏHLÜKƏLİ YERƏ ÇEVRİLİB


19-12-2011, 12:16
JANAOZEN TƏHLÜKƏLİ YERƏ ÇEVRİLİB

SOYDAŞLARIMIZ EVAKUASİYA OLUNDU

İki nəfər Azərbaycan vətəndaşı olmaqla beş nəfər azərbaycanlı Janaozen şəhərindən evakuasiya olunub.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan bazar ertəsi Trend-ə bildiriblər ki, dekabrın 16-da Qazaxıstan Respublikasının Manqistau vilayətinin Janaozen şəhərində baş vermiş hadisələr ilə bağlı orada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vəziyyətinin öyrənilməsi məqsədi ilə Baş konsulluq tərəfindən Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədr müavini Vahid Quliyevin başçılığı ilə bir neçə nəfər Janaozenə göndərilib.

Quliyev bir çox azərbaycanlılar ilə orada görüşüb, yaranmış şəraitdə onların ilkin ehtiyaclarını öyrənmişdır. İki nəfər Azərbaycan vətəndaşı olmaqla beş nəfərin istəklərini nəzərə almaqla onları Aktau şəhərinə gətirib.

Bundan əlavə bir neçə azərbaycanlı ailə də hadisələrdən sonra Aktau şəhərinə gəlib, öz qohumlarının evlərində yerləşiblər.

Hal-hazırda Janaozen şəhərində sakitlikdir. Hüquq-mühafizə orqanlarının qüvvələri şəhərdə vəziyyətə tam nəzarətdə saxlayırlar. Hal-hazırda Janaozen şəhərində yaşayan azərbaycanlılara qarşı hər hansı bir təhlükə yoxdur.


Geri qayıt