Əsas Səhifə > Dünya > SOSİAL ŞƏBƏKƏ 300 MİLYONA SATILDI

SOSİAL ŞƏBƏKƏ 300 MİLYONA SATILDI


19-12-2011, 12:26
SOSİAL ŞƏBƏKƏ 300 MİLYONA SATILDI

SƏUDİYYƏ ŞAHZADƏSİ “TWİTTER”İ ALIB

Səudiyyə şahzadəsi əl-Vəlid bin Talal özünün “Kingdom Holding Co.” şirkəti vasitəsilə “Twitter”ə 300 mln. dollar sərmayə qoyub və nəticədə populyar mikrobloqlar servisində strateji əhəmiyyətli paya sahib olub.

“APA-ECONOMICS”in “Bloomberg BusinessWeek”ə istinadən xəbərinə görə, bu barədə özünün “Kingdom Holding Co.” şirkətinin yaydığı açıqlamada bildirilir.

“İnvestisiyalar bir neçə aydır davam edən danışıqların nəticəsidir” - deyə açıqlamada qeyd olunur. Bundan əlavə hər hansı məlumat isə verilmir.

Qeyd edək ki, “Kingdom Holding Co.” şirkətinin 95% səhminə sahib olan əl-Vəlid bin Talal “Citigroup Inc.”, “General Motors Co.”, “News Corp.” və “Apple Inc.” Kimi korporasiyalarda da paya sahibdir. Onun varidatı 21,3 mlrd. dollar həcmində qiymətləndirilir. Ərəb dünyasının ən varlı biznesmeni sayılan əl-Vəlid bin Talalın xanımı Amirə əl-Təvil mikrobloqların böyük pərəstişkarıdır. O, müntəzəm olaraq “Twitter”də ingilis və ərəb dillərində yazır, bloqunu isə 30 mindən çox istifadəçi izləyir.


Geri qayıt