Əsas Səhifə > Dünya > BAŞ NAZİR İSTEFA VERDİ

BAŞ NAZİR İSTEFA VERDİ


18-06-2013, 10:04
BAŞ NAZİR İSTEFA VERDİ
O, SİYASƏTDƏN GEDƏCƏYİNİ DƏ DEYİB

Çexiyanın baş naziri Petr Neças iyunun 17-də istefa verib. O, Demokratik Vətəndaş Partiyasının liderliyindən getdiyini də bəyan edib. Petr Neças deyib ki, gələn yaz parlamentin səlahiyyət müddəti başa çatanda siyasəti buraxacaq.

Baş nazirin istefası ötən həftə üzə çıxmış qalmaqalla bağlıdır. Ötən həftə hökumət aparatının rəhbəri Yan Nadyov korrupsiyada və qanunsuz izləmələrdə təqsirli bilinərək həbs olunub. Qanunsuz izləmələrə məruz qalan şəxslərdən biri Petr Neçasın sabiq həyat yoldaşıdır. Onların boşandığı iyunun 11-də elan edilib.
\ mediaforum \
Geri qayıt