Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV QAÇQINLARDAN PUL ÇIXARIR

ƏLİ HƏSƏNOV QAÇQINLARDAN PUL ÇIXARIR


19-12-2011, 12:33
ƏLİ HƏSƏNOV QAÇQINLARDAN PUL ÇIXARIR

KOMİTƏ SƏDRİNİN “İSLAHATLARI” QAÇQINLARI KÜTLƏVİ ETİRAZLARA CƏLB EDİR

DİA.AZ: - Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yeni maxinasiyaları haqda redaksiyamıza məlumat daxil olub. Bu məlumatlarda komitə sədrinin dövlət büdcəsindən qaçqınlara ayrılan vəsaitlərlə qanundan kənar davranışı haqda məlumatlar yer alır.

Bu gün qaçqın və məcburi köçkünlər üçün bir sıra güzəştlər tətbiq olunur. Belə ki, sözügedən kateqoriyaya aid ailələrdə adambaşına 150 kilovatt elektrik enerjisinin, 45 kubmetr təbii qazın (yay mövsümündə bu 25 kubmetr olur) pulu dövlət büdcəsi hesabına ödənilir. Amma bu güzəştlərin arxasında böyük maxinasiyalar durur. Məsələ ondadır ki, qaçqın ailələrinin çoxu imkansız olduğundan, heç də hamısı, məsələn, kondisionerdən istifadə etmir. Bu zaman dövlətin onlar üçün nəzərdə tutduğu güzəştlərin də hamısının istifadə olunmadığı gerçəyi ortaya çıxır. Məsələn, 4 nəfərlik qaçqın ailəsi üçün ay ərzində nəzərdə tutulan 600 kilovatt elektrik enerjisinin məhz bir ay ərzində istehlak olunması real deyil. Bunu qazla da bağlı demək olar. O zaman bu fərq nəzərə alınırmı? Kim zəmanət verə bilər ki, sözügedən məqsədlə dövlət büdcəsindən ayrılan vəsait korrupsiya qurbanı olmur?

Məsələnin detallarına gəldikdə isə, qaçqınların məskunlaşdığı elə rayonlar var ki, ora qaz çatmır. Ancaq məsələ ondadır ki, həmin qaçqınlar üçün də dövlət büdcəsində vəsait hesablanır. Ona görə də hesab edirəm ki, bu kimi məsələlərdə «Azəriqaz» İstehsalat Birliyi, «Azərenerji» SC və «Qaçqınkom» arasında çox ciddi məbləğli maxinasiya gedir.

Yəni burada böyük korrupsiya risqi açıq-aydın ortadadır. Məsələ ondadır ki, qaçqınlar üçün nəzərdə tutulan enerji limitini pula çevirib mənimsəyirlər. Amma proses bununla da bitmir. Qazla təmin olunmayan bölgələrdə məskunlaşan qaçqınlara eyni zamanda yanacaq da ayrılır. «Qaçqınkom»un rəsmi məlumatına görə bu il 76 min 179 ailəyə yanacaq verilib. Amma qaçqınlara yanacaq verilməsindəki korrupsiya halları artıq hər kəsə bəllidir. Məsələn bir müddət öncə Cəbrayıl rayon sakinlərinin eyni halla üzləşməsi faktı ortaya çıxmışdı. Belə ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbədə yaşayan 10 min ailə ün hər ay 40 litr pulsuz yanacaq ayırılsa da Cəbrayıl rayon icra hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verib, beləliklə də hər ay dövlətin 100 ton yanacağı mənimsənilmiş olub. İndi isə oxşar proses Ağcabədi rayonunda həyata keçirilir. Amma bu dəfə maxinasiya müəllifi icra başçısı yox komitə sədridir.

Rayondan aldığımız məlumata görə bir neçə gün bundan qabaq Əli Həsənov Ağcabədi rayon «qaçkınkom»una rəsmi məktub göndərərək bildirib ki, yanvar ayından qaçqın ailələrə verilən 40 litr yanacaq kəsiləcək. Buna səbəb kimi isə komitənin yanacaq verilməsində problemlər yaşadığı göstərilib. Rayon icra hakimiyyətinin rayonun 100 faiz qazla təmin olunmasına dair hesabatını əsas götürən komitə sədri burda yaşayan qaçqınlara yanacaq verilməsini lüzumsuz bilib. Amma reallıqda rayonun mərkəzi küçələrində belə qaz daimi olmur. Qaçqın ailələri daha çox Ağcabədi rayonunun kəndlərində yaşayır. Rayon mərkəzində isə 400 yaxın qaçkın ailəsi yaşayır, bunun da 170-ə yaxını qazdan istifadə edir ki, onlara da yanacaq verilməsi çoxdan dayandırılıb. Rayondan verilən məlumata görə əgər yanvarın birindən yanacaq verilməsi dayandırılarsa qaçqınlar kütləvi etiraz aksiyalarına başlayacaq.


Geri qayıt