Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HƏRBİ LİSEY RƏHBƏRLİYİNDƏN PREZİDENTƏ ŞİKAYƏT

HƏRBİ LİSEY RƏHBƏRLİYİNDƏN PREZİDENTƏ ŞİKAYƏT


19-06-2013, 11:39
HƏRBİ LİSEY RƏHBƏRLİYİNDƏN PREZİDENTƏ ŞİKAYƏT
ÖZBAŞINALIĞIN DAHA BİR NÜMUNƏSİ

Elektron ünvanımıza daxil olan məktubda qeyd olunanları olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya . Mən Əhmədov Cəfər Salyan rayonunun Kərimbəyli kəndində yaşayıram. Ailəliyəm 2 övladım var (1qız 1 oğlan). Heç bir yerdə işləmirəm. Fərdi təsərüfatımda çalışaraq bir təhər güzaranımızı keçiriirk. Oğlum dünyaya göz açandan onu Vətən üçün böyüdüb ordumuzda xidmətini arzu etmişdim. Nahayət arzum 2012 ci ildə gerçəkləşdi. Orta məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirən oğlum Şaban Əhmədov Cəmşid Naxçıvanski adına hərbi liseyə 407 balla daxıl oldu. Həmin vaxt övladımın Türkiyədə hərbi məktəbə göndərilmısi təklifini də aldım. Ailədə yekdil fikir olmadığından Türkiyədə oxumasına razılıq vermədik. Və təshislini Naxçıvanski adına liseydə davam etdirdi. Qısa zaman içində oğlum məktəbdə nümunəvi davranışı ilə seçildi, müəllim və şəxsi heyət qarşısında nüfuz qazandı.

Tale elə gətirdi ki, bu ilin fevral ayında oğlum məktəbdə el arasında “su çiçəyi” adlanan xəstəliyə tutuldu. Xəstəliyin əlamətləri qızdırma, üşütmə olduğundan, ona ilkin olaraq soyuqdəymə diaqnozu qoyulub və elə də ciddi yanaşılmayıb, hərdənbir ucuz antibiotik tərkibli pereparatlarla müəlicə təyin edilib. Belə olan halda övladım yüksək hərarətlə oxumasına davam edib. Nəhayət 1 aydan sonra məktəbin tibb məntəqə xidmətinin rəisi Esmira Fərzəliyeva uşağın qızdırmasının düşməməsindən şüphələnib və onu hospitala müəlicəyə göndərib. Lakin burada da oğlumu müəlicə edə bilmədilər.Çünki ilkin diaqnoz düz qoyulmadığından artıq xəstəlik qana keçərək böyrəkləri zədələmişdi. Belə xəstəhal vəziyyətdə olmağına baxmayaraq, Şaban 1-ci kursu əla qiymətlərlə bitirib bu ilin may ayının 15-də 2-ci kursa keçib, imtahanlarının 10-dan 6 –sını əla və yaxşı qiymətlər verib .

Lissey heyyətinın çıxış yolu olmadıqında məsüliyyətdən yayınmaq üçün övladımı məktəbdən kənarlaşdırdılar. Səbəb də gətirdilər ki, övladınızın qaibi var. Məktəbin rəhbərliyinə nə qədər yalvarıb-yaxardım ki, mən evimi satıb öz hesabıma övladımı müəlicə etdirərəm, arzularımı məhv etməyin, baxan olmadı.

Son olaraq qeyd edim ki, mən dövlətimizə sağlam uşaq verib əvəzində xəstə halda təhvil almışam. Bu barədə Müdafiyə Nazirliyinə, müxtəlif qurumlara müraciət edib başıma gələnləri anlatmışam. Bildiyimə görə hərbi lissey məsuliyyətdən qismən yayınmaq üçün məktəbin tibb məntəqə xidməti rəisi Esmira Fərzəliyevanı işdən çıxarıb, oradan üzaqlaşıdırblar. Hazırda ailəmiz pərişanlıq içində, övladım da xəstə vəziyyətdədir.

Bizə kömək etməsi, oğlumun məktəbə qayıdıb oxumağına davam etməsi üçün Prezidentə məktubla müraciət etmişəm. Sizdən də xahiş edirəm mənim haqq səsimi ölkə rəhbəlyinə çatdırasınız.

Hazırda qohum-əqrabadan pul toplayıb, üstəlik pay torpağımı satıb, oğlumu xaricdə müəlicəyə aparmaqdan ötəri sənədləri hazırlayıram. Qısa zamanda müəlicəsini etdirib qayıdandan sonra onun məktəbə dönməsi üçün gərəkdirsə aylarla Prezdent adminstrasiyasının qarşısında gecələyib ölkə rəhbərinə bu harayı çatdırmağa çalışacağam. Ümüdvaram ki, səsim, harayım çatsa, o, mənə mütləq kömək edəcək. Çünki mən Vətənimiz üçün əsgər yetişməsini istəyirəm". \ infom.az \

Geri qayıt