Əsas Səhifə > Sosial, Manşet > PREZİDENT CƏBHƏ BÖLGƏSİNƏ NİYƏ QATARLA GEDİR?
PREZİDENT CƏBHƏ BÖLGƏSİNƏ NİYƏ QATARLA GEDİR?20-06-2013, 11:14 |
İKİ VƏTƏNDAŞ ŞİKAYƏTİNDƏ QALDIRILAN PROBLEMLƏRİ KİM HƏL ETMƏLİDİR? DİA.AZ: - Redaksiyamıza iki ayrı bölgədən şikayət məktubu daxil olub. Sabirabad rayonundan Salmanlı kəndinin sakinləri DİA.AZ-a yazdıqları müraciətlərində unudulmalarından giley-güzar edirlər. Salmanlı sakinlərinin məktubunda deyilir: «Bu gün ölkənin ən ucqar dağ kəndlərinə belə təbii qaz verilir. Amma bizim kənd tamamən unudulub. Kəndimiz Sabirabad rayonunun ən ucqar kəndi olduğundan rayon rəhbərliyi bizim həyatımızla heç maraqlanmır. Sanki rayonlararası sərhəddə ilişib qalmışıq. Kimsə bu kəndə sahib çıxmaq istəmir. Xahiş edirik ki, bizi bu problemimizin həllinə yardım göstərəsiniz». Digər şikayət məktubu isə cəbhə bölgəsində yaşayan vətəndaşlarımızdandır. Həmin məktubda deyilir: «Hörmətli redaksiya. Respublika əhəmiyyətli Bakı-Zəngilan yolunun Bəhrəmtəpə ərazisindən Füzuli rayonuna qədər olan hissəsi avtomobillərin hərəkəti üçün tam yararsızdır. Sovet dövründən qalma bu yolun əsaslı təmirə ehtiyacı var. Əlaqədar təşkilatları bu problem sanki maraqlandırmır. Hətta prezidentin bu bölgəyə səfəri zamanı da onun qatarla gəlişini təmin edirlər. Unutmaq lazım deyil ki, bu yol həm də hərbi baxımdan strateji əhəmiyyətə malikdir. İnşallah torpaqlarımızın azadlığı uğrunda savaş başlayan zaman yaralılarımızı belə bu yolla arxa cəbhəyə aparmalı olacağıq». DİA.AZ bildirir ki, hər iki problemi diqqətdə saxlamaqla yanaşı, əlaqədar qurumların da münasibətlərini öyrənib, diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |