Əsas Səhifə > Dünya > PAN Gİ MUN QAÇQINLARI UNUTMADI
PAN Gİ MUN QAÇQINLARI UNUTMADI20-06-2013, 11:21 |
Bu gün - ümumdünya Qaçqınlar Günü münasibətilə BMT-nin Baş Katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SalamNews-a verilən məlumata görə, Baş Katib dünyada məcburi köçkünlərin sayının getdikcə artmağından narahatlıq ifadə edib. Bildirib ki, hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var. Bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalıb. Baş katib müraciətində Azərbaycanda bir miyondan çox qaçqın və məcburi köçkünün 20 ildən çox bir zaman ərzində çəkdiyi əziyyətlərə toxunmasa da, son illər digər müsəlman ölkələrində yaranmış vəziyyəti xatırladır: “Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan“. Baş Katib müraciətini bu sözlərlə bitirir:“Ümumdünya Qaçqınlar Günüdə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm”. Geri qayıt |