Əsas Səhifə > Sosial, Manşet > QƏZƏNFƏR AĞAYEV ASTARADA PUL QIRMAĞA BAŞLAYIB
QƏZƏNFƏR AĞAYEV ASTARADA PUL QIRMAĞA BAŞLAYIB20-06-2013, 12:31 |
İCRA BAŞÇISI YERLİ SAHİBKARLARA SEÇKİLƏRLƏ BAĞLI «RACON KƏSİB» DİA.AZ: - Redaksiyamıza Astara rayonundan şikayət məktubu daxil olub. DİA.AZ-a dərdlərini yazan bir qrup sahibkar bildirir ki, Astara rayonuna Qəzənər Ağayev icra başçısı gələndən sonra onların günü qara olub. Sahibkarlar bildirir ki, onun sorağını hələ Masallıda olarkən də eşitmişdilər: «Hər zaman qəzetlərdən oxuyardıq ki, Qəzənfər Ağayev Masallı sakinlərinə belə divan tutur, onlara belə zülm edir. İndi bu bəla bizim boğazımıza keçib. Astaraya icra başçısı gələndən sonra rayonda yaşayan iş adamlarının günü göy əskiyə bükülüb. Gəldiyi ilk gündən öz şərtlərini diqtə etdi. Rayon mərkəzinin görməli yerlərindəki bütün obyektlər bu gün demək olar ki, onun əlində, onun nəzarəti altındadır. Biri ili təzə tamam olsa da, artıq buna da nail olub». Sahibkarlar DİA.AZ-a bildirir ki, indi isə Qəzənfər Ağayev onlardan seçkilərə hazırlıqla bağlı pul tələb edir: «Rayonun bir neçə əsas imkanlı şəxsi var ki, onları yanına çağırıb və seçkilərdə hər bir iş adamından 50 min manat istəyib. Adını borc qoyub. Amma bu borc olmayacaq. Deyib ki, seçkidən sonra qaytaracaq». Narazı sahibkarlar bildirir ki, digər xırda statuslu iş adamları da seçkidən «kənarda saxlanılmayıb»: «Ən azından 1000 manat pul verməlidir ki, iş adamı sonra da işinə davam etsin. Əks halda biznesini təhlükə altına atmış olacaq. Bizə kömək edin». Geri qayıt |