Əsas Səhifə > Partiya > QƏRBİ AZƏRBAYCANLILAR ƏLİ İNSANOVU EŞİDƏCƏK?
QƏRBİ AZƏRBAYCANLILAR ƏLİ İNSANOVU EŞİDƏCƏK?20-06-2013, 12:41 |
FƏZAİL AĞAMALI "YOX" DEYİR Hazırda həbsxana həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək verməsi cəmiyyətdə böyük rezonansa səbəb olub. Qeyd edək ki, həbsxanadan vəkili vasitəsi ilə göndərdiyi müraciətində sabiq nazir Milli Şuraya dəstək verib: “Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram” . Əli İnsanovun bu bəyanatından sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın qarşıdakı seçkilərdə Milli Şuraya dəstək verəcəyinə dair fikirlər gündəmə gəlib. Moderator.az-a açıqlamasında isə əslən adıçəkilən bölgədən olan AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, soydaşlarının mütləq əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyəcək: “Qərbi Azərbaycanlılar ölkə siyasətində, ölkənin ictimai həyatında fəal olan bir kəsimdir. Onların dövlətçilik təcrübələri də var. Onlar hər zaman olduğu kimi bu seçkilərdə də prezident İlham Əliyevi dəstəkləyəcəklər. Mən güman etmirəm ki, bizim soydaşlarımız Əli İnsanovun çağırışına qoşulacaq”. Geri qayıt |