Əsas Səhifə > Partiya > “İSRAİLLƏ BAĞLI MÖVQE QOYULSUN”

“İSRAİLLƏ BAĞLI MÖVQE QOYULSUN”


26-09-2011, 13:04
“İSRAİLLƏ BAĞLI MÖVQE QOYULSUN”

MÜXALİFƏT KXCP-DƏ TOPLAŞDI

Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə dünən beş partiyanın (KXCP, ADP, Ümid Partiyası, ALP və VİP) sədrlərinin növbəti görüşü keçirilib.

KXCP qərargahında keçirilən görüşdə adıçəkilən partiyaların sədrləri ilə yanaşı Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov da iştirak edib. Q. Məmmədovun verdiyi məlumata görə, görüşdə müxalifətdaxili münasibətlər, ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı müzakirələr aparılıb. Həmçinin İctimai Palata ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda Forum təklif edib ki, İsrail-Türkiyə münasibətləri ilə bağlı mövqe ortaya qoyulsun. Qərara alınıb ki, növbəti toplantı gələn həftə keçirilsin.

Q. Məmmədov vurğuladı ki, artıq müntəzəm şəkildə görüş keçirən beş partiyanın hər hansı birliyinin, vahid qurumun elan edilməsi müzakirə mövzusu deyil: “Belə bir fikir əvvəldən olmayıb. Biz Müsavat və AXCP də daxil olmaqla bütün real müxalif qüvvələrin bir araya gəlməsinə çalışırıq. Müzakirələr bu istiqamətdə gedir. Biz ancaq beş partiyanın birliyini istəmirik. Hələ ki, bütün müxalifətin bir araya gəlməsi alınmayıb. Ancaq bu istiqamətdə İsa Qəmbərlə, Əli Kərimli ilə danışıqlar aparılıb, danışıqlar davam etdiriləcək. Pessimizmə əsas yoxdur, mütləq bu birlik alınacaq”.


Geri qayıt