Əsas Səhifə > Cəmiyyət > ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR

ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR


20-06-2013, 13:07
ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR
ONUN QARŞISINDA ŞƏRT QOYDULAR

Güc strukturlarındakı məlumatlı mənbədən hafta.az-a verilən məlumata görə, həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanı azadlığa buraxacaqlar. Mənbənin məlumatına görə, oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra həbsdən azad edilməsi planlaşdırılan millət vəkilinə bir neçə şərt qoyulub. O şərtlərdən birincisi mətbuatla əlaqələri kəsməkdir. Sonrakı şərtlər isə keçmiş deputatın həbsdən azad edildikdən sonrakı fəaliyyəti ilə bağlıdır. Məlumata görə, Gülər Əhmədovaya siyasətdən getmək və gözdən uzaq olmaq tapşırıqları verilib. Qeyd edək ki, son günlərdəki susqunluq da artıq bu şərtlərə riayət olunmasını göstərir.

Məlumatla bağlı keçmiş deputatın vəkilləri ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz nəticəsiz qaldı.
Eks deputatın hüquqlarını müdafiə edən vəkil Raqif Mustafayev sonuncu dəfə hafta.az-a bildirmişdi ki, Gülər Əhmədova ilə bağlı mətbuata açıqlama vermək qadağası hüquqlarını müdafiə etdiyi keçmiş deputat tərəfindən qoyulub. Səbəb kimi isə Gülər Əhmədova barəsində həqiqətəuyğun olmayan yazıların yazılmasıdır.

Eyni susqunluq eks deputatın ailəsi tərəfindən də davam etdirilir. Neçə gündür davam edən cəhdlərimizə baxmayaraq, nə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov, nə də ki qardaşı İlqar Mikayıloğlu zənglərimizə cavab vermədilər.
Ən təəccüblüsü isə budur ki, sabiq deputatın oğlu Toğrul Əhmədovun adı Sevinc Bababayevanın ölüm işində hallandırılsa belə ailədən heç kim bu məlumatları təkzib etmədi. Qeyd edək ki, T.Əhmədovaya qarşı Türkiyədə dünyasını dəyişən, anasının keçmiş yaxını S.Babayevanın ölümü ilə əlaqədar ittihamlar səslənirdi.

Geri qayıt