Əsas Səhifə > Şou-biznes > "ELŞAD XOSEDƏN XƏBƏRİM YOXDUR"

"ELŞAD XOSEDƏN XƏBƏRİM YOXDUR"


21-06-2013, 10:54
"ELŞAD XOSEDƏN XƏBƏRİM YOXDUR"
DİA.AZ Rəqqasə Oksana Rəsulovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Oksana Rəsulova neçə ildir ki, rəqqasədir?

- Çoxdan, səkkiz yaşımdan mən rəqs edirəm. İyirmi iki ildir ki, mən rəqqasəyəm.

- Məşhur olmadan öncə harada çalışırdınız?

- Mən əvvəllər həkim kimi fəaliyyət göstərmişəm. Rusiyada qadın həkimi idim, 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə çıxış etməyə başladım, rəqqasə kimi.

- Hindistanda təhsil aldınız, oraya gedəndən sonra özünüzü peşəkar hesab etdiniz, yoxsa necə?

- Mən Hindistana rəqs məktəbində oxumaq üçün getməmişdim. Mən Bollivudda aktyorluq dərsləri aldım və fərqlənmə ilə bitirdim, diplomum da var.

- Oksana Rəsulovanı artıq Hindistanda tanıyacaqlar?

- Düşünürəm ki, Madxuri Dikşıtın müsahibəsindən sonra bəli, məni Hindistanda tanıya bilərlər və hətta tanıyırlar da.

- Sizdən başqa varmı peşəkar hind rəqslərin ifaçısı?

- Əgər söhbət əsl peşəkardan gedirsə, xeyr, yoxdur. Mən iştirak etdiyim beynəlxalq müsabiqələrdə heç bir həmkarımı görməmişəm. Mən Azərbaycanı təmsil etmişəm və birincilik əldə etmişəm. Yaxşı rəqqasələr var, amma söhbət hind rəqsləri üzrə peşəkar rəqqasədən gedirsə, mən yeganə rəqqasəyəm.

- Məşhur aktrisa və rəqqasə Madxuri Dikşıt ilə Oksana Rəsulovanı nə bağlayır?

- O mənim hər zaman mənəvi müəlliməm olub. Mən həmişə ona baxıb rəqs etmişəm. Mənim üçün o çox böyük bir insandır. Bir qadın kimi, rəqqasə kimi, aktrisa kimi mən onu nömrə bir hesab edirəm. Mən hər bir şeydə ondan örnək götürürəm. Onun dediyi bir misal yadıma düşdü. Madxuri deyirdi ki, dünyada neçə cür dil var ki, insanlar bir-birlərini başa düşə bilmirlər. Yeganə dil rəqs dilidir, hind rəqs dilidir ki, onunla müxtəlif ölkələrin nümayəndələri bir-birlərini anlaya bilərlər.

- Bir müddət şəxsi həyatınız ilə gündəmdə idiniz, hal-hazırda bu "cəbhədə" nə yeniliklər var?

- Şəxsi həyatımda bir yenilik yoxdur. Bu qədər.

- Bir daha ailə qurmayacam deyə müsahibə vermisiz, hələ də bu fikirdəsiniz?

- Bəli, hələ də bu fikrimdəyəm.

- Xəbəriniz var indi Elşad Xosedən?

- Xeyr, xəbərim yoxdur, o vaxtdan mən onu görməmişəm. Heç marağında da deyiləm. Nə edir, nə ilə məşğuldur - özü bilər.

- Sosial şəbəkələrdən tez-tez istifadə edirsiniz?

- Bəli, sosial şəbəkələrdə çox aktivəm, xüsusən də İnstagram-da. Fan-səhifəmi izləyirəm, xoşuma gəlir mənim fanlarımın mənə yazdığı sözlər, göndərdikləri video və şəkillər. Təşəkkür edirəm onlara, yeri gəlmişkən.

- Yeni mövsümdə Oksanadan nələr gözləyək? Nə kimi yeniliklər olacaq?

- Nadir adlı reperlə işbirliyimiz var. Bir mahnı oxumuşam, oxumuşam deməzdim, yəni danışmışam, söhbət etmişəm. Bu mahnı yenidir. Yeniliklərim çoxdur, inşallah, həyata keçsin, xəbərdar edəcəm hər kəsi.

Geri qayıt