Əsas Səhifə > Partiya > "QUSKA" MİLLİ ŞURAYA QOŞULUR

"QUSKA" MİLLİ ŞURAYA QOŞULUR


21-06-2013, 11:15
"QUSKA" MİLLİ ŞURAYA QOŞULUR
YAXIN GÜNLƏRDƏ QƏRARINI ELAN EDƏCƏK

“Sabiq millət vəkili Hüseyn Abdulayev yaxın günlərdə Milli Şuranın sıralarına qatıldığını bəyan edəcək”.
Bu sözləri Moderator.az-a adının çəkilməsini istəməyən Milli Şuradakı mənbə deyib. Mənbənin sözlərinə görə, Hüseyn Abdullayevlə bu yöndə uzun zamandır ki, danışıqlar aparılırmış və sabiq millət vəkili bu günlərdə ona edilən təklifə şifahi razılıq verib.
Yaxın günlərdə isə onun özündə Milli Şuraya üzv olması ilə bağlı mövqeyini əks etdirən rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Hüseyn Abdullayevin vətəndaşları etirazlara səsləyən “Susma” mahnısı böyük rezonansa səbəb olub və bundan sonra sabiq millət vəkilinə və onun ailə üzvlərinə qarşı təzyiqlər başlayıb.

Geri qayıt