Əsas Səhifə > Güney Press, Araşdırma > LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT BUMU
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT BUMU21-06-2013, 11:20 |
TƏLƏBƏLƏR ETİRAZA QALXDI Lənkəran Dövlət Uqiversitetinin bir qrup tələbəsi bu ali təhsil ocağında baş alıb gedən rüşvətlə bağlı PİA.AZ-a müraciət yollayıblar. Heç bir dəyişiklik etmədən həmin müraciəti olduğu kimi təqdim edirik: «Son baş verən hadisələrdən sonra gələcəyə yaranmış olan inamın ard-arda yavaş-yavaş itməsi və Lənkəran Dövlət Universitetində davam edən korrupsiya hallarının prorektorun tutulmasından sonra da dirçəlməyə başlaması bizi bu məktubu yazmağa yenidən vadar edir. Bu məktubumuzla məslədən xəbəri olmayanlara bildirmək istəyirik ki, prorektorun getməsi ilə universitetdə bir müddət sakitləşən röşvətxorluq yenidən canlanmağa başlayıb. Müəllimlər elə bil tək-tək cürətlənib yenidən köhnə vərdişlərinə qayıtmağa başlaylblar. Tələbələrə yaxın müəllimlərdən birinin deyir ki, bu şəraitin yaranmasına səbəb başda rektorun özüdür. O, qapalı otaqda müəllimlərlə görüşdə deyib ki, “Olmamalıydı və ilişməməliydi Qorxmaz. Ağılnan hər şeyi eleməliydi. Olan artıq olub. Müvəqqəti çətinlikdir. Hər kəs ayıq olsun!”. Başqa sözlə rektor görünür yenə də yaşıl işığı yandırıb müəllimlərə... Burda hər kəs bilirdi ki, prorektor Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin rüşvət generalı idi, xəzinədarı idi, rektorun kassiri idi, çirkin pulları yuyan idi... Cürbəcür adları var idi onun. Lakin nə onun həbsi, nə də yeni təhsil nazirinin təyin edilməsi heş bir şeyi dəyişdirmədi. İmtahan sessiyası gedir. Yenə də tələbələrin evdən gətirdiyi bir qarın çörək pulu, ev kirayəsi pulu, yol pulu əlindən alınır. Hər şey əvvəlki qaydada, köhnə üsullarla. Biologiya kafedrasının müdiri Məmmədhüseyn Hüseynov iyun ayında keçiriləcək imtahanların pullarını may ayında yığıb qurtarıb artıq. Humanitar fakultənin dekanı Kamran Kazımov soruşanda məsum cavab verir, deyir:“Tələbələr özləri verir pulu, biz nə edək?”. Təbiət fakultəsinin dekan müavini Nahid Paşayev bir az cəsarətli olmaq üçün deyəsən pulları içkili vəziyyətdə almağa başlayıb r bizdən. İndi artıq Qorxmaz Ağayevin əvəzinə yığılan rüşvəti cəmləmək işi Rəşid Qasımova tapşırılıb. O da qrup mayəndələrinə tapşırıb ki, pulları universitetdən kənarda yığıb, kənarda təhsil versinlər. Hörmətli nazirimiz deyir ki, qaynar xəttə zəng vuraq. Qaynar xəttə zəng vuruldu. Gəlib yoxladılar, tapdılar, kimisə tutub apardılar. Amma heç bir şey dəyişmədi... O zaman “Qaynar xətt” nəyə lazımdır. İndi zəng vururuq korrupsiya idarəsinin Qaynar xətiinə. Həmin adamı tənbeh edirlər bir az, iş bitti. Bu necə qanun, ya da bu necə qanunun qorunması? Biz elə düşünürük ki, bu işləri araşdıranlar ya düzgün araşdırma apara bilmir, ya da nədənsə çəkinirlər. Prorektor tutulandan sonra korrupsiya ilə mübarizə idarəsindən çoxlu adamlar gəlib, bir dünya suallar verdilər. Adlar, məbləğlər, pulun yığılma yollarını öyrəndilər ve getdilər. Bu qədər... Demək belə çıxır ki, bu işləri bir tutulan prorektor görürmüş və onu da tutandan sonra görüləcək başqa iş qalmadı, bütün problemlər də həll olundu... Nəticə - yenə “Köhnə hamam, köhnə tas”. Elan edirik: Artıq bundan sonra imtahan suallarını soruşmaq yerinə bizdən pul tələb edən hər bir müəllimin adını tək-tək yazacağıq! Atanın -ananın gələcəkdə özünə və cəmiyyətə faydalı olması üçün minbir əziyyətlə yetişdirdiyi övladını ali təhsil alması üçün qoyduğu bu müəssisədə pul adı çəkən hər bir kəsin adını tək-rək hallandıracağıq! Qoy onların cəmiyyətdə şərəfli insan kimi tanınmaları yerinə tələbələrin qarşısında nə qədər alçaldığını, faydalı insanlar yetişdirmək əvəzinə insanımıza, xalqımıza nə böyüklükdə zərbə vurduqlarını hər kəs bilsin. Bəlkə tələbələrdən çəkinmirlər, qorxmurlar amma xalqın hikkəsindən çəkinərlər. Başlanğıcda bir qisminin adından başlamağı lazım bildik: Rakif İbadov – 30 manat imtahan üçün Əsəd Nuriyev – 30 manat imtahan üçün Haqverdi Babayev –50 manat praktika üşün Sənan Əzizov – 40 manat imtahan üçün Qoy xalq özünü qərarını versin! Bu məktubu KİV-ə ünvanlamaqla cənab prezidentimiz İlham Əliyevdən bir daha bu məsələyə ciddi münasibət bildirməsini xahiş edirik. Bildirmək istəyirik ki, bu gün burada işləyən rektor qurmaq istədiyiniz müstəqil Azərbaycanımızın formalaşmasına və inkişafını gələcək nəsillərə düzgün təhsil verməməklə zədələyir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi burada araşdırma apara-apara o tərəfdə yenə də tələbələrdən pul yığılır. Soruşmaq lazımdır rektorda bu cəsarət hardandır, kimə güvənir və nədən qanundan qorxmur?!.. Düşünürük ki, bu rektorun buradakı özbaşınalığı başqa universitet rektorlarının da iş fəaliyyətinə təsir göstərir. Bir rektor istədiyini edib cəza almadıqdan sonra, digərləri niyə “Biznesmen” kimi davranmasınlar? Ehtimal edirik ki, rektorumuz "təhsil andı içmək" əvəzinə səhvən "tələbələrin qanını içmək" sözünü verib özünə... Eləcə də yeni nazirimizə bildirmək istəyirik ki: Bu gün burada hüquqları pozulan tələbənin sabah haqqını aramaq Sizə çətin olacaq. Bilirsiniz ki, işə bağladığınız gündən təhsildə baş verən bütün hər şey Sizin adınızla əlaqələndirilir. Bu məsələyə gecikdirmədən bir çözüm gətirin. Bunu biz tələbələr etsək heç nədən xəbəri olmayan nazir kimi adınız hallanmağa başlayacaq. İcazə verməyin Siz gələndən sonra da bir rektorun çirkin əməllərinə görə bütöv bir universitetin adı ləkələnsin. Bir adam tutuldu və ortada bir dünya fakt var. Başqa nə lazımdır başa düşmək üçün!?... Son söz olaraq bu torpaqda yaşayan bütün atalara, qardaşlara, dostlara və ən nəhayət xalqını və millətini sevən, az da olsa bu məsələdə kömək edə biləcək hər bir cəsarət sahibini bir borc olaraq bu məsələni ictimailəşdirməyi, onu lazımı tərəflərə çatdırmağı və bununla bağlı fikir bildirməyi xahiş edirik. Qoy bununla hər kəs zəkanın, əxlaq ölçülərinin, gücün xalqdan gəldiyini bilsin və buna görə davransın». Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq... Geri qayıt |