Əsas Səhifə > Partiya > MİLLİ ŞURADA VAHİD NAMİZƏD MÜZAKİRƏLƏRİ BAŞLADI

MİLLİ ŞURADA VAHİD NAMİZƏD MÜZAKİRƏLƏRİ BAŞLADI


21-06-2013, 11:27
MİLLİ ŞURADA VAHİD NAMİZƏD MÜZAKİRƏLƏRİ BAŞLADI
İyunun 21-də Müsavat Partiyasının qərargahında Milli Şuranın təsisdən sonrakı ilk sessiyası öz işinə başlayıb.

MŞ təsisçilərdindən “musavat.com”a verilən məlumata görə, gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyəti, Milli Şuranın vəzifələri müzakirəyə çıxarılacaq. Eyni zamanda, MŞ-nin sturukturlaşdırılması məsələsi, komissiyaların təşkili də gündəliyə salınacaq. İlk sessiyada vahid namizəd məsələsinin müzakirə olunması gözlənilir.


***

"Qafqazinfo" xəbər verir ki, şuranı Müsavat Partiyasının başqanı İsa Qəmbər açıq elan edib. İ. Qəmbər bildirib ki, mayın 28-də Cümhuriyyətin 95-ci ildönümü günü Milli Şuranın yaranması bəyan edildi: “7 iyunda Milli Şuranın təsis toplantısı keçirildi. Bu gün Milli Şuranın ilk sessiyası keçirilir. Milli Şuranın yaranması cəmiyyətdə böyük ümidlər doğurur. Gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələri, 2-ci məsələ Milli Şuranın işinin təşkili və üçüncü cari məsələlər müzakirə ediləcək”.

Üç məsələdən ibarət gündəlik səsə qoyulub və əksəriyyət gündəlikdəki məsələləri təsdiq edib.
MİLLİ ŞURADA VAHİD NAMİZƏD MÜZAKİRƏLƏRİ BAŞLADI
Geri qayıt