Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏ «CASUS OVU» SEZONU BAŞLAYIB
HAKİMİYYƏT İÇİNDƏ «CASUS OVU» SEZONU BAŞLAYIB21-06-2013, 13:26 |
DAXİLDƏKİ RƏQİB CİNAHLAR BİR-BİRİLƏRİNƏ QARŞI KOMPRAMAT TOPLAYIR DİA.AZ: - Hakimiyyət içində vəziyyət gərginləşib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur. Bilgili qaynaqlardan redaksiyamıza verilən xəbərə görə, qarşıdan gələn prezident seçkilərilə bağlı rəsmi Bakıya artan təzyiqlər hakimiyyət daxilində də aşkar surətdə hiss olunur. Mənbənin söylədikləri: «Necə ki, 2005-ci ildə iqtidar daxilində «casus ovu» başlamışdı, eləcə də indi eyni ovqat yaranmaqdadır. Əvvəllər «Rəsul Quliyevin adamlarını» axtaranlar, indi də «Milyarderlər İttifaqı» ilə şübhəli əlaqələri olanları təftiş etməyə başlayıblar». Mənbəmiz iddia edir ki, iqtidar daxilində çoxdandır münasibətləri gərgin olan tərəflər yaranmış situüasiyadan istifadə edərək bir-birilərinin əleyhinə kompramat toplanışına çıxıblar: «Onlar qurd kimi ağız ağıza yatıblar. Və bir-birilərinin yanlışını gözləyirlər». Xatırladaq ki, 2005-ci ildə də anoloji situasiya yaranmışdı və əslində bir-birinə rəqib olan qüvvələr əks cinahı XƏYANƏTDƏ ittiham edərək ümumiqtidar düşərgəsinin düşməni kimi təqdim etməyə müvəffəq oldular. İndi də eyni qaydada tərəfər «XƏYANƏT İZİ» axtarışına, «casus ovu»na çıxıblar. Geri qayıt |