Əsas Səhifə > Sosial, Manşet > HİDAYƏT ORUCOV İRANIN HƏDƏFİNDƏ

HİDAYƏT ORUCOV İRANIN HƏDƏFİNDƏ


19-12-2011, 16:08
HİDAYƏT ORUCOV İRANIN HƏDƏFİNDƏ

KOMİTƏ SƏDRİNƏ QARŞI SUİ-QƏSD EDİLƏ BİLƏR

DİA.AZ: - Azərbaycanlı yazıçı Rafiq Tağının qətlində İranın xüsusi xidmət orqanlarının iştirakı danılmaz faktdır. Hər halda, bunu sübut edən yetərincə tutarlı aqrumentlər var ki, onların da başında iranlı ayətullah Fazil Lənkəraninin Rafiq Tağı barəsində bir neçə il əvvəl verdiyi fətvadır. Digər tərəfdən İranın bu qətli açıq-aşkar alqışlaması da nəzərləri cəlb edən ciddi faktorlardan biri kimi qəbul olunmaqdadır.

Bu arada redaksiyamıza çox ilginc faktlar daxil olub. Belə ki, mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyinə bildirdiyinə görə, fars-molla rejimi Azərbaycanda daha bir sui-qəsdə imza ata bilər. Bunun İranın marağında olduğunu bildirən mənbəmiz xatırlatdı ki, son günlər İranın ayrı-ayrı instansiyalarından Azərbaycanın nüfuzlu dövlət adamlarının da ünvanına açıq hədələr səslənməkdədir: «Həmin hədələrin bəziləri ölkə prezidenti İlham Əliyevə də ünvanlandı».

Mənbəmiz iddia edir ki, kifayət qədər yaxşı mühafizə olunan İlham Əliyevdən fərqli olaraq digər məmurlarımızın və vətəndaşlarımızın İran agenturasının Bakıdakı təhlükəli fəaliyyətindən sığortalandığını iddia etmək imkansızdır: «İran agenturası Bakıda çox güclü şəbəkəyə malikdir və hətta bəzi halarda Azərbaycanın xüsusi xidmət orqanları bu şəbəkənin qarşısında acizliyini etiraf da edir».

Bu səbəbdən İranın Bakıda təhlükəli addımlarını gücləndirmə ehtimallarının yüksək olduğunu bildirən mənbəmiz qeyd etdi ki, özünün antiiran fəaliyyəti ilə seçilən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov da zaman-zaman fars-molla rejiminin təbliğat maşınının hədəfi olub: «Hətta Aşura günü ilə bağlı Bakıda keçirilən tədbirlərdə İranın komitə sədrinə qarşı təxribatlapr törədə biləcəyi də gözlənilirdi. Lakin Əli Həsənovun həmin ərəfədə Tehranla münasibətləri yoluna qoyan anlaşmalara imza atması prosesləri nisbi olaraq səngitdi. Amma nə Azərbaycan, nə də Hidayət Orcuov hədəf olmaqdan yayınmayıb, sığortalanmayıb».

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Bakıda daha bir sui-qəsd planının üzərində baş sındıran İranın xüsusi xidmət orqanlarının hədəfləri sırasında Hidayət Orucovun ola biləcəyi istisna deyil: «Təbii ki, rəsmi Bakı diqqətli olmalıdır. İran batan gəmidir. Molla rejiminin yolu cəhənnəmədir və cəhənnəmə gedən özünə yoldaş axtarır. Biz bu yolda İrana yoldaşlıq edə bilmərik».


Geri qayıt