Əsas Səhifə > Dünya > OBAMA CORC BUŞUN ADAMINA VƏZİFƏ VERDİ
OBAMA CORC BUŞUN ADAMINA VƏZİFƏ VERDİ22-06-2013, 10:45 |
CEYMS KOMİ FTB-YƏ RƏHBƏR GƏTİRİLDİ Prezident Obama respublikaçı prezident Corc Buşun dövründə yüksək vəzifə tutmuş Ceyms Komini Federal Təhqiqatlar Bürosunun yeni başçısı vəzifəsinə nominasiya edib. ANS PRESS-in məlumatına görə, senat tərəfindən təsdiq edilsə, Komi 2001-ci ildə 11 sentyabr hadisələrindən bir həftə əvvəl Federal Təhqiqatlar Bürosunun başçısı vəzifəsini tutan Robert Mülleri əvəz edəcək. Müller təqaüdə çıxmağa hazırlaşdığını elan edib. Nominasiyanı cümə günü elan edən cənab Obama Ceyms Kominin yüksək professional keyfiyyətlərini qeyd edərək, onun siyasətlə məşğul olmayıb, öz işini yerinə yetirən bir şəxs olduğunu bildirib. Ceyms Komi ABŞ-ın keçmiş prezidenti Corc Buş oğulun dövründə baş prokurorun müavini olub. O, 2004-cü ildə baş prokuror Con Əşkroft cərrahiyyə əmliyyyatı keçirən zaman onu əvəz edərkən ölkədə izləmə proqramının hüququ tərəfləri ilə əlaqədar olaraq proqramı təsdiq etməkdən imtina etməsilə ilə tanınır. Kominin etirazından sonra Ağ Evin iki rəsmisi proqramın təsdiq edilməsi üçün Əşkroftu xəstəxana çarpayısında sənədə imza atmağa razı salmağa çalışıb. Ceyms Komi bunu professional karyerasında ən ciddi incident adlandırmışdı. Geri qayıt |