Əsas Səhifə > Sosial, Manşet > QAZAXDA İCRA BAŞÇISININ ADAMI QOÇULUQ EDİR
QAZAXDA İCRA BAŞÇISININ ADAMI QOÇULUQ EDİR22-06-2013, 11:18 |
ERMƏNİLƏRİN BURNUNUN UCUNDA YAŞAYAN VƏTƏNDAŞI EŞİDƏN YOXDUR DİA.AZ: - Redaksiyamıza Qazax rayonu Quşçu Ayrım kənd sakinləri, Məmmədova Gülsəhər Məsim qızı və Nuruyev Məmməd Qasım oğlu müraciət etmişlər. Qeyd edək ki, hər iki şəxs şəhid ailəsidir. DİA.AZ bildirir ki, Məmmədova Gülsəhər 75 yaşındadır və ağır yataq xəstəsidir. Nuruyev Məmməd də həmçinin yaşlı və xəstədir. Hər iki şəhid ailəsi o qədər imkansızdır ki, heç vaxtlı-vaxtında rayon mərkəzinə gəlib şikayətlərini lazımi ünvanlara da çatdıra bilmirlər. Görünür elə bundan istifadə edən qüvvlərin əlinə də fürsət verirmişlər. Belə ki, vaxtilə ölkə başçısı sərhəd kəndlərində düşmən tərəfindən dağıdılmış evlərin bərpası üçün fərman vermişdir. Bu fərman Quşçu Ayrım kəndində bir xeyli ailəyə şamil olunmalı idi ki, burda da ilk növbədə şəhid ailələri nəzərdə tutulmalı idi. Amma sakinlərin DİA.AZ-a bildirdiyinə görə, kənddə 8 şəhid ailəsinin evi təmir edilsə də, Gülsəhər xanımın və Məmməd kişinin evi “yaddan çıxmışdır”. Çünki onlar son dərəcədə imkansız və köməksizdirlər. Məmməd Nuruyev haqqını tələb edəndə isə, kənd icra nümayəndəsi Elman Nəsibov ona kənd orta məktəbinin təmirə dayanmış binasından sökülmüş bir neçə şifer verərək “könlünü almaq istəmişdir”. Qeyd edək ki, Məmməd Nuruyevin evi erməni postundan cəmi 70-80 metr məsafədə yerləşir və son dərəcədə uçuq-sökük vəziyyətdədir. Hər iki şəhid ailəsi RİH-də bu işlərə birbaşa məsul olan Fərman Nağdalıyevə müraciət etsələr də heç bir xeyri olmamışdır. əksinə, Gülsəhər xanımın oğlu dəfələrlə təhdid olunmuşdur ki, bir daha heç yerə məlumat verməsin. Onu da demək yerinə düşər ki, Elman Nəsibov haqda dəfələrlə kənd sakinləri kollektiv şəkildə yuxarı instansiyalara şikayət məktubu yazmışlar. Amma hansısa bir qüvvə onun bu vəzifədə qalmasını israrla müdafiə edir. Amma Elman Nəsibov öz ailəsini kənddə saxlamır. Bütün bunlar da az imiş kimi bu yaxınlarda Gülsəhər Məmmədovaya məxsus olan evin 50 metr uzunluqda köhnə hasarı uçurulmuş, bağ massivi doğranmışdır. Buna səbəb isə yol çəkilişi olmuşdur. Bildiyimiz kimi prezidentin fərmanı ilə Qazax- Quşçu Ayrım yolu üçün 6 milyon 900 min manat pul ayrılmışdır və bu yol yenidən qurulur. Amma görünür bu puldan şəhid ailəsinə heç nə çatmayacaq. Yoxsa ən azından kompensasiya ödənilməsi haqda müqavilə imzalanardı. Hər iki şəhid ailəsi redaksiyamız vasitəsi ilə aidiyyətli qurumlardan- o cümlədən prezident aparatından yardım istəyirlər. Görək onların harayını eşidən olacaqmı. DİA.AZ sakinlər bildirib ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərova şikayət olunsa da, o da adamının özbaşınalıqlarına bəraət qazandırıb. “Hər halda, bu ölkədə icra başçısı hər şeyi həll etmir” - bunu deyən şikayətçilər ölkə rəhbərliyindən kömək istəyir. Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |