Əsas Səhifə > Partiya > ELÇİBƏYİN QARDAŞINDAN İLHAM ƏLİYEVƏ DƏSTƏK
ELÇİBƏYİN QARDAŞINDAN İLHAM ƏLİYEVƏ DƏSTƏK24-06-2013, 11:27 |
"GÜL KİMİ PREZİDENTİMİZ VAR" Xəbər verdiyimiz kimi, Milli Şura üzvləri Klassik Xalq Cəbhəsi Partiyasının 24 iyunda Elçibəyin məzarını ziyarət etmək təklifini dəyərləndirib. Bu gün Fəxri Xiyabanda Elçibəyin məzarı ziyarət edilir. Xiyabana ilk gələnlərdən biri də Ə.Elçibəyin qardaşı Almurad Əliyevdir. O, hafta.az-ın əməkdaşının suallarına cavab verərəkən bildirib ki, 75 illik yubileyi ilə bağlı tədbir keçirilməsini yaxşı qiymətləndirir. “Bəs bu tədbirlər sizi qane edirmi” - sualına isə: “guya qane etməsə nə edəcəyəm ki?! Allah millətimizə qüvvət versin. Tədbirin dövlət səviyyəsində keçirilməsini deputatlar da təklif etdi, mən də dedim. Onlar savadlı adamlardı, etmirlərsə, mən nə edə bilərəm ki?! Mən bisavad adamam”. A.Əliyev eyni zamanda onu da bildirib ki, artıq Elşibəyin ailəsi eks-prezidentlər haqda qanuna görə verilən pulu artıq alır. Milli Şura ilə bağlı açıqlamalarında da A.Əliyev maraqlı fikirlər söyləyib: “Milli Şuradan ağlım bir şey kəsmir. Gəlsin çıxsın ortaya görək nədi”. Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizəd olmasına münasibət bildirən həmsöhbətimiz deyir: “Əşşi, başqa şeydən danışın. Dünya dağılıb ki, Rüstəm gəlib prezident olsun?! Gül kimi prezidentimiz var. Daha nə istəyirlər?”. Elçibəylə bağlı xatirələrini isə belə dilə gətirib: “O, başqa idi, onun cibində 5 manat olanda paylayırdı. Mən qardaşıyam, olanda da fikirləşirəm, verim, ya verməyim”. AXCP-nin hazırkı durumunu isə A.Əliyev o qədər də pis qiymətləndirmir: “Pis deyil. İşləyirlər də. Amma gücləri çatmır. Hər adam Elçibəy ola bilməz ki... Bunların səhvləri bir dəfə oldu, qurtardı getdi. Səhvləri hökuməti təhvil verəndə oldu. Gərək verməzdilər”. Geri qayıt |