Əsas Səhifə > Sosial, Manşet > İKİ İCRA BAŞÇISINA BİR QRAMMATİKA DƏRSİ

İKİ İCRA BAŞÇISINA BİR QRAMMATİKA DƏRSİ


20-12-2011, 12:44
İKİ İCRA BAŞÇISINA BİR QRAMMATİKA DƏRSİ

VAQİF ƏLİYEVLƏ ELDAR ƏZİZOVUN ORTAQ SƏHVİ

DİA.AZ: - Azərbaycanda təhsilin durumu barədə az qala yekdil fkir var. Mətbuat, ekspertlər, təhsil müəssisələri ilə təmasda olan hər kəs vəziyyətin acnacaqlı olduğunu, kütləvi savadsızlığın baş alıb getdiyini deyir.

Təqdim edəcəyimiz faktın məsuliyyəti isə sovet təhsilinin yetirmələri olan məmurların və sənətkarların üzərinə düşür. Söhbət dahi şairimiz Nizami Gəncəvinin Sumqayıtda qoyulan abidəsinin üzərində onun adının doğru yazılmamasından gedir. Yəni Nizami əvəzinə Hizami yazılıb. Şəkildən göründüyü kimi »N» hərfi elə formada yazılıb ki, Azərbaycan dilində o »H» oxunur. Bununla bağlı müraciət etdiymiz dilçilər də Nizaminin adının səhf yazıldığını bildirdilər.

Abidə sabiq icra başçısı Vaqif Əliyevin şəhərə rəhbərlik etdiyi illərdə qoyulub, heykəlin düzəldilməsinin və ətrafındakı abadlıq işlərinin xərcini də »Univermaq Zaman» ayaması ilə tanınan sumqayıtlı oliqarx Zaman İsgəndərov ödəyib. Amma təəssüf ki, abidəni müəllifinin kimliyini öyrənə bilmədik.

Ola bilsin ki, heykəltaraş latın qrafikasını bilmirmiş. Ancaq bütün hallarda daim sənədlərlə işləyən hazırda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu səhvi görməliydi. Amma maraqlıdır ki, şəhərdə »gözünə pis görünən» obyektlərdə ən xırda nöqsanı belə filə çevirən indiki icra başçısı Eldar Əzizov hələ də bu zıppıltılıqda səhvi tutmayıb. Görünür icra başçısının başı »abadlıq işlərinə» çox qarışıb.


İKİ İCRA BAŞÇISINA BİR QRAMMATİKA DƏRSİ

Geri qayıt