Əsas Səhifə > Şou-biznes > NAMİQ QARAÇUXURLUNUN GÖZÜ AYAĞININ ALTINI GÖRMÜR
NAMİQ QARAÇUXURLUNUN GÖZÜ AYAĞININ ALTINI GÖRMÜR24-06-2013, 11:56 |
Ötən həftə Şəkidə konsert zamanı yerli sakinlərdən biri müğənni Nadir Qafarzadəyə meyxanaçı Namiq Qaraçuxurludan şikayət edib. Axşam.az-ın məlumatına görə, yaşlı xanım Namiqin yekəxanalığından narazılığını bildirib. Hadisədən xəbər tutan meyxanaçı “ATV maqazin” verilişinə açıqlamasında bu işdə cangüdənləri günahlandırıb. O, sevənləri ilə şəkil çəkdirməyə, yaxın ünsiyyətdə olmağa mühafizəçilərin mane olduğunu deyib: “Şəkidə yaşayan xanımın nə üçün belə dediyini başa düşürəm. Bir dəfə konsertdə insanlar mənimlə şəkil çəkdirmək istəyirdilər. Cangüdənlər buna icazə vermədi. Çünki onlar yaxınlaşmaq üçün bir-birini itələyir, məni yıxırdılar. Mühafizəçilər isə məni səhnədən uzaqlaşdırmağa çalışdılar. Xanımın inciməyə haqqı var. Söz verirəm ki, Şəkiyə gedəcəm və bütün sevənlərimlə görüşüb şəkil çəkdirəcəm. Görəsən, Şəkidə hamı belə düşünür? O xanım bu sözləri sevgisindən söyləyib”. Qeyd edək ki, şəkili qadın Namiqə xitabən bunları deyib: “İnsan əvvəl kasıb olur. İmkanı artandan sonra isə ayağının altını görmür, amma sonra yıxılır”. Geri qayıt |