Əsas Səhifə > Güney Press, Araşdırma > GÖYÇAYDA MÜXALİFƏTÇİLƏR "TƏRKİSİLAH OLUNDU"
GÖYÇAYDA MÜXALİFƏTÇİLƏR "TƏRKİSİLAH OLUNDU"24-06-2013, 12:32 |
ONLARA ÇAY VERİLMƏSİ QADAĞAN EDİLİB Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq hakimiyyət dairələri bəzi önləyici «tədbirlər» həyata keçirməyə başlayıblar. Verilən məlumatlara görə, bir müddət əvvəl Mingəçevir şəhərində müxalifətçilərin bir araya gəlməsinə qadağa tətbiq olunmuşdu. Dünəndən etibarən isə bu sıraya Göyçay rayonu da qoşulub. Məlumatda bildirilir ki, rayonun icra başçısı Mənsur Məmmədovun göstərişinə əsasən Goyçay müxalifətçilərinin çayxanalarda yığışmasına qəti qadağa qoyulub. Hətta bütün çayxana sahiblərinə tapşırıq verilib ki, müxalifətçilər onların obyektinə gəlrəsə, onlara ümumiyyətlə, çay verilməsin. Və bu vəziyyət onların qrup şəklində gəlməsinə aiddir. Tək-tək gəldikdə isə bu qadağa tətbiq olunmaya da bilər.jam.az Geri qayıt |