Əsas Səhifə > Cəmiyyət, Manşet > SÜLEYMAN MİKAYILOV KİMİN GÜDAZINA GEDİR?
SÜLEYMAN MİKAYILOV KİMİN GÜDAZINA GEDİR?24-06-2013, 15:20 |
«ÇAKIR» VƏZİFƏDƏ SON GÜNLƏRİNİ YOLA VERİR DİA.AZ: - Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılova cinayət işi açıla bilər. Bu barədə DİA. AZ-ı bilgiləndirən hökumət içindəki mənbə iddia edir ki, «Çakır» ləqəbli icra başçısı yaxınlarından biri hazırda yüksək vəzifə tutan bir şəxslə ciddi problem yakşadığından, onun qələmi qırılıb. Mənbənin söylədikləri: «Həmin şəxslə başçı arasındakı ədavət barəsində mətbuatda da yazılar yazılıb. Amma kimsə bilmir ki, həmin şəxsin yaxın qohumu birbaşa olaraq prezidentlə təmasda olma imkanına malikdir. Yəni kifayət qədər ciddi mənsəbi var». Mənbə iddia edir ki, bununla da məsələ hakimiyyətin üst düzəyinin diqqətinə təqdim olunub: «Nəticədə Süleyman Mikayılovun fətvası verilib. Yaxın günlərdə onu vəzifəsindən almaqla yanaşı, barəsində cinayət işi də açacaqlar». Mənbəmiz iddia edir ki, Süleyman Mikayılov bu faktın gizlədilməsi üçün fırıldaqçı mətbuat nümayəndələri ilə danışıqlara gedib: «Hətta mətbu orqanlardan biri başçı ilə «dil tapıb». Eyni zamanda Süleyman Mikayılov Mətbuat Şurasındakı himayədarlarının da əli ilə bəzi KİV-ləri susdurmağa müvəffəq ola bilib. Amma məsələni nə qədər gizlətsə belə, gözlənilən aqibəti dəyişməyə müvəffəq ola bilməyəcək». Geri qayıt |