Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN NƏŞRİYYATI ÖZƏLLƏŞDİRİLİR

AZƏRBAYCAN NƏŞRİYYATI ÖZƏLLƏŞDİRİLİR


20-12-2011, 13:23
AZƏRBAYCAN NƏŞRİYYATI ÖZƏLLƏŞDİRİLİR

«91-LƏR»İN DAHA BİR NÜMAYƏNDƏSİ VƏZİFƏSİNİ İTİRƏ BİLƏR

DİA.AZ: - Gələn il Azərbaycan Nəşriyyatı əsaslı təmir olunacaq. Bununla bağlı ölkə rəhbərliyə müraciət edilib və layihənin smeta dəyəri hesablanaraq təqdim olunub.

Bu barədə mətbuata Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan Nəşriyyatında fəalliyyət göstərən qəzet və jurnalların 95%-nin borcu var. Həmin qəzet və jurnalların borclarının qaytarılması məsələsi danışıqlar yolu ilə həllini tapır. Lakin borcların tam ödənilməməsi Azərbaycan Nəşriyyatının fəaliyyətində müəyyən problemlər yaradır.

Bu arada yayılan bir başqa məlumatda isə bildirilir ki, Azərbayan Nəşriyyatının özəlləşdirilməsi məsələsi də gündəmdə var. Bildirək ki, iki il əvvəl qonşu Gürcüstanda keçmiş dövlət nəşriyyatı redaksiyalar tərəfindən özəlləşdirildi. Eyni prosesi Azərbaycanda da həyata keçiriləcəyi bildirilir.

Bu barədə «Dünya» İnformasiya Agentliyinə verilən məlumatda vurğulanır ki, nəşriyyatın özəlləşdirilməsinə maraqlı olan şəxs son günlər media aləmində kifayət qədər ciddi rıçaqlar ələ keçirməyə müvəffəq olmuş Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovdur.

Mənbə bildirir ki, KİVDF və digər mətbuatla bağlı qurumları kontrol altında saxlayan Əli Həsənov Azərbaycan nəşriyyatını da özəlləşdirmək niyyətindədir. Onu da bildirək ki, nəşriyyata hazırda rəhbərlik edən Ağabəy Əsgərov zamanında mərhum prezident Heydər Əiyev tərəfindən «YAP-ın qaymağı» adlandırılan məşhur «91-lər»dən biridir.


Geri qayıt