Əsas Səhifə > Dünya > BELHACDAN İDDİA

BELHACDAN İDDİA


20-12-2011, 13:27
BELHACDAN İDDİA

O, İNGİLTƏRƏ HÖKUMƏTİ İLƏ KÖHNƏ HAQQ-HESABINI ÇÜRÜDÜR

Liviya ordusunda komandirlik edən Əbdülhəkim Belhac, Qəzzafi rejimi zamanı İngiltərə təhlükəsizlik qüvvələrinin onu Liviyaya ''qeyri-qanuni şəkildə göndərdiyi və işgəncələr məruz qaldığı'' məsələ isə əlaqədar ingilis hökumətinə qarşı iddia qaldırıb.

Belə ki, Liviyanın öldürülən lideri Müəmmar Qəzzafiyə qarşı kiçik diametrli üsyan təşkil etdiyi üçün Pekində sürgündə olan Belhac, həyat yoldaşıyla birlikdə 2004-cü ildə təyyarələ İngiltərəyə gedərkən ingilis kəşfiyyat xidmətinin xəbərdarlığıyla amerikalı və liviyalı agentlər tərəfindən Banqkokda saxlanılıb. Sonra Tripolidəki Əbu Salam həbsxanasına göndərilib.

Burada 6 il qaldığını, amerikalılar və liviyalılar tərəfindən işgəncəyə məruz qaldığını söyləyən Belhac, bu müddət ərzində Əl-Qaidə terror təşkilatı üzvü olduğu ittihamı ilə ingilis və amerikalı agentlər tərəfindən sorğulandığını bildirib.

Belhac, 15 dəqiqə davam edən məhkəmənin sonunda Qəzzafiyə qarşı silahlı üsyan başlatdığı üçün ölüm cəzası verilməmişdən əvvəl, həbsxanada döyüldüyünü və insanlarla əlaqəsinin qırıldığını bildirib.

Liviyalı komandir həbsxanada edamını gözləyərkən, Qəzzafinin oğulu Seyfülislam tərəfindən başladılan ''sülh danışıqları"ndan sonra 2010-cu ilin mart ayında nəhayət azad edildib.

Hamilə yoldaşının da 4 ay boyunca Liviyada həbsxanada saxlandığını və doğumdan qısa müddət əvvəl sərbəst buraxıldığını söyləyən Belhac, ''başıma gələnlər qeyri-qanuni idi və üzr istənməsini tələb edirəm'', - deyib.

İngiltərə Xarici İşlər Nazirliyi iddiaların araşdırıldığını bildirib.


Geri qayıt