Əsas Səhifə > Dünya > “SON ÜÇ AYDA YÜRÜDÜLƏN SİYASƏT YANLIŞDIR”

“SON ÜÇ AYDA YÜRÜDÜLƏN SİYASƏT YANLIŞDIR”


20-12-2011, 13:31
“SON ÜÇ AYDA YÜRÜDÜLƏN SİYASƏT YANLIŞDIR”

“TÜRKİYƏ ANLAMALIDIR Kİ, BƏŞƏR ƏSƏD REJİMİ YIXILMAYACAQ”

İranın sabiq xarici işlər naziri Mənuçöhr Möttəki Türkiyənin Suriya ilə bağlı yürütdüyü siyasəti kəskin şəkildə pisləyib. APA-nın məlumatına görə, M. Möttəki Tehran Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib ki, Türkiyə rəsmiləri Suriyaya qarşı mövqelərini dəyişməlidirlər:

“Son üç ayda yürüdülən siyasət yanlışdır və buna yenidən baxılması lazımdır. Çünki bu siyasət nəticə verməyəcək. Türkiyə Bəşər Əsəd rejiminin yıxılmayacağını anlamalıdır”. O, Səudiyyə Ərəbistanını da kəskin tənqid edib: “Son zamanlarda Səudiyyə Ərəbistanı ərəb ölkələrinin daxili işlərinə qarışır. Bunun çox pis nəticəsini İraqda gördük. İndi də Suriya müxalifətinə kömək edir”.


Geri qayıt