Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİR FERMERLƏRİ ETİRAZA SÜRÜKLƏYİR
NAZİR FERMERLƏRİ ETİRAZA SÜRÜKLƏYİR25-06-2013, 10:53 |
SAATLIDA NARAZILIQ VAR Saatlıda fermerlər kütləvi aksiyalara hazırlaşır. Bu barədə 30gun.az-a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, aksiya keçirmək istəyən fermerlərin "pambıq mafiya"sının əməllərinə etiraz olaraq bu addımı atmaq qərarına gəliblər. Dünya bazarında pambığın qiyməti yüksək həddə olsa da, Azərbaycandakı monopolistlər fermerlərdən bir kiloqram pambığı həddən artıq dəyər qiymətindən ucuz alırlar. Bunların arxasında isə kənd təsərrüfatı naziri İsmət Abbasovun dayandığı deyilir. "Saatlıda "pambıq mafiyası" elə bir vəziyyət yaradıb ki, fermerlər onların çaldığı hava ilə oynamağa məcbur qalıblar. Faktiki olaraq fermerlər monopolistlər tərəfindən istismar edilib. Bu baxımdan onlar aksiyalara başlamaq istəyirlər",- deyə mənbə bildirib. Mənbənin sözlərinə görə, "pambıq mafiyasının" arxasında kənd təsərrüfatı naziri İsmət Abbasov dayanıb. Fermerlər məhsulu "pambıq mafiyasına" satmadığı təqdirdə, bir sözlə buna etiraz edəndə onların əkin sahələri məhv edilir. Əkin sahələrinin məhv edilməsində isə xüsusilə Mərakeş çəyirtkələrindən istifadə edilir. "Fermerlərin "pambıq mafiyasına" etirazlarından sonra nəməlum şəraitdə birdən birə Mərakeş çəyirtkələri Saatlıda əkin sahələrinə hücum edib. Çəyirtkələr pambıq, taxıl, yonca və digər əkin sahələrini qısa bir müddətdə tamamilə yox edə biliblər. Bu ziyanvericilərin keçdikləri ərazidən geriyə yalnız boş torpaq sahəsi qalır. Sahələrdə bütün pambıq şitilləri el arasında “dovşangizlənən” deyilən mərhələdə olub. Lakin çəyitkələrin kütləvi hücumu nəticəsində cəmi bir neçə saat ərzində bütün şitilləri məhv edib. Pambıq əkən fermerlər çox narahatdırlar və yaranmış durumdan aciz vəziyyətdə qalıblar. Bu il onların məhsul götürməsi sual altına düşüb. Dəfələrlə fermerlər yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər. Lakin KTN-dən onlara sizə bu da azdır cavabı gəlib", - mənbə qeyd edir. Məsələ ilə bağlı fermerlər paralel olaraq dövlət başçısı İlham Əliyevə müraciət də ünvanlamağı planlaşdırırlar. Mənbə əlavə edib ki, Saatlı fermerləri həmçinin Sabirabad və İmişlidəki aksiyaların birgə keçirilməsi üçün fermerlərlə danışıqlar aparırlar. Geri qayıt |