Əsas Səhifə > Gündəm, Manşet > BAYIL ƏHALİSİ SÜRGÜN OLUNACAQ
BAYIL ƏHALİSİ SÜRGÜN OLUNACAQ20-12-2011, 13:52 |
«KVADRATI 6 MİN MANATA OLAN EVLƏR QARA ADAMLAR ÜÇÜN DEYİL» DİA.AZ: - Son günlər bir inşaat meydançasını xatırladan Səbayel rayonu Bayıl qəsəbəsinin gələcək aqibəti ilə bağlı şok məlumatlar əldə etmişik. Bildirək ki, həm Dövlət Bayraq Meydanının inşaası və həm də «Avroviziya-2012» beynəlxalq mahnı yarışması ilə bağlı tədarüklər səbəbindən Bayıl qəsəbəsində tikinti işləri daha da intensivləşib. Başdan başa tozanağa qərq olan qəsəbə ərazisində yaşayan sakinlər də bu prosesdən narazılıq etməkdədirlər. Belə ki, Bayraq Meydanını tikən şirkətin maşınları davamlı olaraq qəsəbə ərazisində qəzalar törədir. Bundan əlavə yerli sakinlər evlərinin plana düşdüyü təqdirdə verilən az miqdarda təzminatla razılaşmadığından bu gün Bayıl sanki bir cəbhə bölgəsini xatırladır. Sökülməsi qərarı verilən onlarla evin inşaat prosesində bir fəhlə kimi istifadə olunan dənizçilər tərəfindən talan edilməsi faktını da zamanında oxucuların diqqətinə çatdırmışdıq. Bir sözlə, Bayıl bu gün çox qaynar bir məkana çevrilib. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) məlumat verən Bakı Şəhər İcra hakimiyyətindəki mənbə iddia edir ki, 35 min əhalisi olan Bayıl qəsbəsinin tamamının sökülməsi planlaşdırılır: «Proseslərə gələn ilin mart ayından start veriləcək və buna qədər də onlarla ikimərtəbəli yaşayış binasının sökülməsi planlaşdırılır. Bu zaman isə əhalinin narazılığının daha da artaağı şübhəsizdir. Çünki dünənə qədər əgər evlərin hər kvadratmetrinə görə 1500 manat pul təklif edilirdisə, bu dəfə tamam fərqli bir üsuldan istifadə olunacaq». Mənbəmiz idda edir ki, Bayıl sakinlərinin tamamının Hövsan ərazisinə köçürülməsi ideyası mövcuddur: «Belə ki, plana görə Hövsan ərazisində Baıldan köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni binalar inşa olunacaq. Hələlik səs-küydən qaçma naminə həmin binaların məcburi köçkünlər üçün inşa edildiyi xəbəri veriləcək. Amma əslində yeni yaşayış evləri Bayıl sakinləri üçün nəzərdə tutulur. Sonradan isə zor gücünə də olsa, bütün Bayıl camaatı Hövsan ərazisində inşa ediləcək yeni evlərə köçürüləcək». Məlumatlarda o da bildirilir ki, əslində bu yolla hakimiyyət həm də qənaət etmək fikrindədir: «Onlar da hesablayırlar ki, hətta indiki şəraitdə plana düşən evlərin müqabilində hər kvadratmetrə 1500 manat pul vermələri də onlara ziyan edir. Bunun əvəzində yeni bina tikib, əhalinin köçürülməsi daha ucuz başa gəlir». Mənbə bu arada «Bəs Bayıl camaatı Bayıl ərazisində tikilən yeni evlərdə yaşaya bilməzlərmi» sualımızın cavabında maraqlı bir fikir də söylədi: «Bayılda inşası nəzərdə tutulan yeni evlərin hər kvadratmetrinin qiyəti 4-6 min manat arası olacaq. Bu qiymətlər isə qara adamlar üçün deyil». Hər halda, belə bir planın hazırlanması ən azından paytaxtda sosial partlayış tədarükü ilə eyiyyət təşkil edir. Ən azından ona görə ki, hədəfdə 35 minlik bir qəsəbədir və əhalinin Bayılın müqabilində Hövsanla razılaşması qeyri-mümkündür. Buna görə də mənbəmiz bildirir ki, hökumət bütün bu niyyətini tədricən həyata keçirərək: «Hər şey kütləviliyin qarşısının alınmasına hesablanıb». Geri qayıt |