Əsas Səhifə > Şou-biznes > BAKIYA GƏLƏN HOLLİVUD ULDUZUNU DÖYDÜLƏR
BAKIYA GƏLƏN HOLLİVUD ULDUZUNU DÖYDÜLƏR25-06-2013, 11:53 |
SAMİ NASERİNİN DİŞLƏRİ SINIB Ötən həftə Bakıya gələn Hollivud ulduzu, “Taksi” filminin məhşur aktyoru Sami Naserini döyüblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktyor gecə saatlarında Parisdə küçədə bir qrup şəxslə dava edib. Münaqişə nəticəsində Sami Naserinin bir neçə dişi sınıb. Aktyorun köməyinə polislər gəlib. Onlar hadisəni sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə ediblər. Naseri səhhətində problem olub-olmadığını aşkarlamaq üçün xəstəxanaya çatdırılıb. Nəzərinizə çatdıraq ki, “Taksi” filminin qəhrəmanı daha əvvəl də adam döyməkdə, polisi təhqir etməkdə günahlandırılıb. Qeyd edək ki, Sami Naseri müğənni Röyanın “Günahsız günahım” klipində tərəf müqabili olub. Geri qayıt |