Əsas Səhifə > Dünya > ANGELA MERKEL TÜRKİYƏ İLƏ MƏZƏLƏNİR

ANGELA MERKEL TÜRKİYƏ İLƏ MƏZƏLƏNİR


25-06-2013, 11:58
ANGELA MERKEL TÜRKİYƏ İLƏ MƏZƏLƏNİR
Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı vədimizə sadiqik, ancaq hadisələrin gedişatını gözləyirik.

SalamNews-un “CNNtürk”ə istinadla verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, Türkiyədə yaşanan hadisələri izləmələrinin əsas səbəbi iki ölkə arasındakı əlaqələrdir. Baş nazir Rəcəb Tayyib Ərdoğanla indiyə qədər bir çox məsələni müzakirə etdik. Hər zaman eyni düşüncədə olmuruq, amma dialoqumuz həmişə davam edir. Türkiyədə güclü vətəndaş cəmiyyəti var, bu, çox vacibdir. Yaşananların təhdid deyil, zənginlik olaraq qəbul edilməsi lazımdır. Bəzi görüntülərin məni ürkütdüyünü söyləmişdim, bunların həlli üçün dialoq ön plana çəkilməlidir. Üzvlük müzakirələri üçün hazırda baş verən hadisələrə göz yuma bilmərik. Əlaqələrimizin daha da inkişaf etdirməliyik, iqtisadi əlaqələr çox vacibdir.

Geri qayıt