Əsas Səhifə > Sosial, Manşet > 2013 SEÇKİLƏRİNƏ SÜRPRİZ BİR NAMİZƏD QATILIR
2013 SEÇKİLƏRİNƏ SÜRPRİZ BİR NAMİZƏD QATILIR25-06-2013, 12:08 |
“MİLYONER ZAKİR” HAKİMİYYƏTƏ HANSI PLANDA, MƏQAMDA KÖMƏK EDƏCƏK DİA.AZ: - 1993-cü ildə mərhum prezident Heydər Əliyevə rəqib olaraq prezidentliyə namizədlik verən Zakir Tağıyev 20 illik fasilədən sonra yenidən siyasətə qayıdıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Vətən Ocağı Partiyasının və eyni adlı qəzetin təsisçisi olan Z.Tağıyev 20 il aradan sonra yenidən siyasi səhnəyə qayıtmaq niyyətindədir. Qeyd edək ki, ötən əsrin 90-cı illərində siyasi səhnədə olduğu kimi biznes sahəsində də özünü göstərən Z.Tağıyev həmin illərdə “Milyoner Zakir” ləqəbi qazanmışdı. Soyadının Tağıyev olduğuna aldanıb, yazımızın qəhrəmanını məşhur xeyriyyəçi Zeynəlabdin Tağıyevin nəvəsi sanmayın. 90-cı illərin əvvələrində Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, “Təranə” Holdinqin prezidenti, həmin ərəfədə “Təranə” futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Z.Tağıyev həmin illərdə ictimaiyyətdə böyük nailiyyətlər əldə edir , Zeynəlabdin Tağıyevin varisi kimi tanınır, haqqında müxtəlif söhbətlər daniışılırdı. Söhbətlərdən biri də o idi ki, guya Z.Tağıyev 80-ci illərin sonlarında polis orqanlarında işləyərkən, Nəriman Nərimanovu vaxtilə böyük bəylərdən olan babasının öldürülməsində ittiham edərək, onun heykəlini güllələyib. Bu hərəkətinə görə isə həm partiyadan, həm də daxili işlər orqanlarından xaric edilib. DİA.AZ bildirir ki, Z.Tağıyev 80-cı illərin sonlarında sovet ittifaqının dağılacağını görərək, o zamanlar SSRİ-də yeni kooperativlərin yaradılmasının tərəfdarlarından biri olaraq, böyük biznesə qoşulur. İlk biznesinə isə 80-cı illərin sonlarında Neft Ayırma Zavodunda təmir-tikinti işləri ilə başlayır. Həmin illərdə zavodun direktoru olan Rəsul Quliyevlə Zakir Tağıyevin tanışlığı da burada yaranır. Z.Tağıyev həmin illərdə “Təranə” Təmir-Tikinti Kooperativi açaraq, Rəsul Quliyevin rəhbərlik etdiyi zavodun bütün təmir-tikinti işlərini həyata keçirir. Bununla da, özünün yuxarıda qeyd etdiyimiz böyük biznes imperiyasını yaratmağa nail olur. Z.Tağıyev 1993-cü ildə mərhum prezident Heydər Əliyev və Kərrar Əbilovla birlikdə seçkilərə qoşulur və təbii ki, H.Əliyevin ardınca ikinci olur. Bunun ardınca iqtisadçı alim adını qazanan Z.Tağıyev öz proqramı ilə Avropa ölkələrinin iqtisadi böhrandan çıxmasının yollarını göstərir. DİA.AZ-a daxil olan son məlumatlara görə isə 1995-ci ildən siyasətdən gedən Z.Tağıyev bu yaxınlarda rəhbəri olduğu Vətən Ocağı Partiyasını yenidən canlandırmaq və 2013-cü il prezident seçkilərində ya namizəd olmaq, ya da seçkilərdə hazırki prezident İlham Əliyevin namizədliyini dəstəkləmək fikrindədir. Onu da bildirək ki, Z.Tağıyev əslən Qarabağ zonasından olduğu üçün qarabağlılar arasında da nüfuza sahibdir. DİA.AZ-a daxil olan bir başqa məlumatlarda isə qeyd olunur ki, Zakir Tağıyev hələ mərhum prezident Heydər Əliyevin dövründən hakimiyyətə sədaqətli olduğundan bu il də onun xidmətlərindən istifadə oluna bilər. Bəzi qaynaqlar isə onun “hakimiyyətin ehtiyat planının favoriti” olduğunu da iddia edirlər. Geri qayıt |