Əsas Səhifə > Sosial, Manşet > KƏNDƏ HÜCUM EDƏN AYI NAZİRLİYƏ MƏXSUS İMİŞ

KƏNDƏ HÜCUM EDƏN AYI NAZİRLİYƏ MƏXSUS İMİŞ


25-06-2013, 12:53
KƏNDƏ HÜCUM EDƏN AYI NAZİRLİYƏ MƏXSUS İMİŞ
BU HADİSƏYƏ GÖRƏ KİMİN MƏSULLİYYƏT DAŞIDIĞINI MÜƏYYƏN ETMƏK OLAR

DİA.AZ: - Məlum olduğu kimi, iki gün əvvəl axşam saatlarında Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb. Hadisə rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər. Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. Hər iki şəxs Bakıya gətirilib.

Onu da bildirək ki, ayının hücumu ilə bağlı mətbuatda müxtəlif versiyalar səsləndirilməkdədir. Kimi deyir ki, ayının balası oğurlandığından, kəndə hücum çəkib, kimi də baş vermiş olayı məsxərəyə qoyaraq, ayının bir neçə il əvvəl nazirlərdən birinin oğlu tərəfindən yeyildiyi iddia olunan ayının qisasını aldığını iddia edir. Hər halda, bu kimi versiyalar daha da arta bilər.

DİA.AZ-ın Şamaxıda hadisə yerində olan əməkdaşı isə maraqlı bir faktı aşkarlayıb. Qaladərəsi kəndinin sakinləri əməkdaşımızla söhbətlərində bildiriblər ki, əslində onların kəndlərində, kəndlərinin ətrafında heç bir zaman ayıya rast gəlinməyib

Kənd sakinlərinin söylədikləri: «Sonuncu dəfə, təxminən 60 il əvvəl ayıya rast gəlinib. O da kənddən xeyli aralıda. Bunu da yaşlı adamlar danışır».

«Bəs bu ayı hardan gəlib» sualımızın cavabında sakinlər bildirdi ki, həmin ayını və daha bir neçə ayını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları əraziyə iki il əvvəl buraxıblar: «Bu ayılar peyda olandan sonra mal-qaraya hücumlar da artıb. Əvvəllər ayıdan kimsə şübhələnməyib. Elə canavarların ayağına yazılırdı. Yəni çobanlar güman edirdi ki, mal-qaranı canavar parçalayıb».

Sakinlər maraqlı bir faktı da açıqladılar ki, hücum edən ayı kəndə kənd sakinlərindən birinin inəyinin belində gəlib: «Həmin inəyin belinə çıxan ayı onu yeyirdi. Bu şəkildə əndə daxil olub və insanlardan hürkdüyündən sakinlərə hücum edib və məlum olay yaşanılıb».

Onu da bildirək ki, elə ETSN-dən də ayı ilə bağlı maraqlı bir mövqe ifadə olunub. Nazirlikdən mətbuata verilən açıqlamada bildirilir ki, həmin ayı nadir növdəndir, “Qırmızı kitab”a düşüb. Yəni adamlar ayılarına sahib çıxırlar. Bəs insan həyatına?..

Geri qayıt