Əsas Səhifə > Güney Press, Araşdırma > ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU YAXALANDI

ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU YAXALANDI


25-06-2013, 13:10
ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU YAXALANDI
ONU TÜRKİYƏDƏ "VEROBOVAT" EDİBLƏR

İyunun 22-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisi, Kapan şəhər sakini, Movsisyan Mane Artaşesovnanı (1982-ci ildə anadan olub, ailəli deyil)həbs edib.

Ermənistan MTX-nin əldə etdiyi faktlara görə, M.Movsisyan 2012-ci ilin yanvarında xidmətə keçməzdən əvvəl Azərbaycan xüsusi xidmətinin Türkiyə ərazisində fəaliyyət göstərən əməkdaşı ilə tanış olub. O, Odnoklassniki, mail.ru agent və Facebook sosial şəbəkələrində özünü S Dr, Seryan Dervisyan, Tigran Dervisyan kimi təqdim edib. M.Movsisyan Ermənistan Müdafiə Nazirliyinə işə keçəndən sonra da yazışma davam edib. Məlumatlara görə, M.Movsisyan Azərbaycanın xüsusi xidmət orqanlarına Ermənistan haqda hərbi xarakterli, dövlət və xidməti sirr təşkil edən məlumatlar ötürürmüş.

Analoji cinayəti törətdiyinə görə iki nəfər də DQR MTX tərəfindən həbs oluub. Onlardan biri DQR müdafiə ordusunun hərbçisi olub. Onlar da İnternet vasitəsilə Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ələ alınıblar. Hazırda onlara qarşı məhkəmə istintaqı aparılır. Bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.

Geri qayıt