Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İTALYAN ŞİRKƏTİNİN BULDOZERİ SALYANDA YOXA ÇIXDI
İTALYAN ŞİRKƏTİNİN BULDOZERİ SALYANDA YOXA ÇIXDI27-06-2013, 10:25 |
SONUNCU DƏFƏ SABİRABBADA GÖRÜBLƏR Təxminən bir həftə əvvəl İtalyanın Todini (“Todini Costruzioni Generali” S.p.A.) şirkətinin Salyan rayon ərazisində dəyəri 400 min manat olan yük (torpaq, çınqıl) qaldıran rezin təkərli buldozeri oğurlanıb. Həmin texnikadan Dünya Bankının maliyyə dəstəyi ilə Ələt-Astara avtomobil yolunu inşasında istifadə olunurdu. Maraqlıdır ki, buldozerdə xüsusi izləmə cihazı olsa da, şirkətin mühafizə xidməti hadisə barədə oğurluq olan gecənin səhəri xəbər tutub. Axtarış nəticəsində texnikanın Sabirabad rayonu ərazisinə qədər izi aşkar edilib. Ondan sonrası isə məlum deyil. Şirkət yetkililəri baş verən hadisəni gizli saxlamağa çəhd edirlər. Hələ ki, itən texnika tapılmayıb. İşçilər arasında gəzən söz-söhbətə görə buldozerin itməsində elə şirkət yetkililərinin əli var. infom.az Geri qayıt |