Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN REVANŞI

BƏŞƏR ƏSƏDİN REVANŞI


27-06-2013, 11:17
BƏŞƏR ƏSƏDİN REVANŞI
Dəməşqdə və ətraf əyalətlərdə gedən qarşıdurmalar maksimum həddə çatıb.

SalamNews un “alalam.ir”ə istinadla verdiyi xəbərə əsasən, hökumət qüvvələri Qabun, Zəmləka, Hərəsta, Duma, Xan-Şeyx, Bərzə, Darəyya, Mudəmiyyət-Şam və digər qəsəbə və rayonlarında muxalifət silahlılarının mövqelərini müxtəlif ağır silahlardan hədəfə alıblar.

"Əlcəzirə" telekanalının verdiyi məlumata əsasən, hakimiyyət qüvvələri Qabun rayonuna daxilində zəhərli qazlar olan raketlər atıblar və nəticədə boğulma hallarə baş verib.

İdlib (şimal-qərb) vilayətində Vadi-Dəyf və əl-Cazir hərbi bazaları ətrafında tərəflər arasında qarşıdurma iki gündür davam edir.

Hələbin (şimal) Babul-Fərəc rayonunda və eləcədə şəhərin daxilində yerləşən Qədimi Hələb, əl-Xalidiyyə Səlahiddin və sair qəsəbələrdə qarşıdurmalar gedib.

Humsda (mərkəz) isə hakimiyyət qüvvələri Livanla sərhəddə yerləşən strateji Təlkələx rayonunu təmizlədikdən sonra ətraf kənd və qəsəbələrdə hərbi əməliyyatlar aparıblar. Hakimiyyət qüvvələrinin Humsda apardığı əməliyyatlar nəticəsində bölgədə yaşayan əhali şimala yəni Hələbə tərəf köç etməyə başlayıblar.

Bildirək ki, Suriya İnsan Hüquqları Müşahidəçi Komitəsi bu ölkədə ölənlərin sayının 100 mindən çox olduğunu deyib.

Geri qayıt