Əsas Səhifə > Güney Press, Araşdırma > SƏTTAR MEHBALIYEV QARABAĞ ƏLİLİNƏ QƏNİM GƏLİB

SƏTTAR MEHBALIYEV QARABAĞ ƏLİLİNƏ QƏNİM GƏLİB


27-06-2013, 12:24
SƏTTAR MEHBALIYEV QARABAĞ ƏLİLİNƏ QƏNİM GƏLİB
MİLLƏT VƏKİLİNƏ QARŞI İTTİHAM

Bibiheybət kənd sakini, qarabağ müharibəsi əlili Zaur Həsənovun şəxsi obyekti millət vəkili tərəfindən sökülüb.

“Qafqazinfo”ya müraciət edən kənd sakini 1995-ci ildə dəniz kənarında istifadəsiz bir ərazini abadlaşdırdığını, orada çay evi açdığını söyləyib: “Həmin əraziyə aid bələdiyyədən sənədim də var. Amma ötən ildən mənə Azərbaycan Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyev tərəfindən təzyiqlər başlayıb. Keçən il onlar məni oğurlayıb bir bağa apardılar, obyektimdən çıxmağı tələb etdilər. Daha sonra məhkəmə oldu. Məhkəmənin qərarına əsasən bələdiyyənin sənədi qanunsuz hesab olundu və çay evimi sökdülər. Onlar sökəndən sonra mən yenidən tikdim. Orada mənim obyektimdən başqa bir neçə obyekt də var. Ancaq bunlar təkcə mənim çay evimi sökürlər”.

Z. Həsənov obyekti yenidən tikib istifadə etsə də, bu il yenidən problemlər başlayıb. Belə ki, mayın 27-də Z. Həsənov S. Mehbalıyevlə görüşüb: “Səttar Mehbalıyev mənə bildirdi ki, sən heç nə etmə, obyektin sökülməsinə razı ol. Həmkarlar İttifaqı tərəfindən müqavilə verib səni işlə təmin edəcəm. Artıq obyektim sökülüb və hasara alınıb. Mən yenidən Səttar Mehbalıyevlə görüşdüm, dedim ki, mənə müqavilə verəcəyinizə söz verdiniz, amma hələ də mənə heç bir sənəd təqdim etməmisiniz. O da bildirdi ki, mən sənə müqavilə verə bilmərəm, 15000 manat pul verərəm. Mən də bununla razılaşmadım. Artıq bu qanunsuzluqlara dözə bilmirəm. Aclıq elan edəcəm. Qarabağ əlilinə niyə belə davranırlar? Belə məmurlardan bezmişəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt