Əsas Səhifə > Cəmiyyət, Manşet > FİKRƏT MƏMMƏDOV AMERİKAYA NƏDƏN SƏFƏR EDİB?
FİKRƏT MƏMMƏDOV AMERİKAYA NƏDƏN SƏFƏR EDİB?27-06-2013, 15:16 |
ABŞ-DA SİYASİ BAZARLIQ DİA.AZ: - Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ABŞ-a səfər edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə “Ədliyyə sisteminin müasirləşdirilməsi” adlı birgə Layihə həyata keçirilir. Həmin sənədin icrası çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, artıq 4 rayon məhkəməsi üçün yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşası davam etdirilir. Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə və əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün Azərbaycanın ədliyyə nazirini, Məhkəmə-Hüquq Şurasının sədrini Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda yerləşən baş qərargahına səfərə dəvət edib. Səfər zamanı yüksək səviyyəli şəxslərlə görüşən F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işlərdən danışıb. F. Məmmədov həmçinin Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Azərbaycan torpaqlarının 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktını da görüş iştirakçılarının diqqətinə çatdırıb. Dünya Bankının təmsilçiləri Azərbaycan həqiqətlərindən məlumatlı olduqlarını, məhkəmə-hüquq islahatlarının qısa müddətdə mükəmməl, əhatəli və kompleks şəkildə aparılmasından və yüksək nəticələrə nail olunmasından heyranlıqlarını dilə gətiriblər. Görüşlərdə eyni zamanda, əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub, bu sahədə yeni layihəyə dair danışıqlar aparılıb. DİA.AZ bildirir ki, Fikrət Məmmədovun ABŞ səfərilə bağlı tamam fərqli informasiyalar da yayılıb. Xatırladaq ki, bir neçə gün əvvəl hakimiyyətlə Rusiya arasında gizli sövdələşəmlər barəsində məlumat vermişdik. Həmin xəbərdə vurğulanırdı ki, rəsmi Bakıya İlham Əliyevin 3-cü dönəm üçün prezidentliyinin ertələnməsini təklif edən Kreml aralıq dönəmə Rusiyada olduğu kimi başqa bir şəxsin prezident olmasını təklif edibmiş. Və bu istiqamət üzərə Bakı ilə Moskva arasında hətta danışıqların getdiyi də söyləniir. Məlumatlara görə, bu danışıqlar zamanı rəsmi Bakı öz namizədini - ədliyyə naziri Fikrət Məmmədovun adını çəksə də, ruslar buna razılıq verməyiblər. Rusiyanın «Putinin dostu» kimi tanınan, tanınmış iş adamı İlham Rəhimlinin və yaxud da daha 3 namizədin üzərində dayandığı qeyd olunur. Amma razılaşma baş tutmadığından tərəflər arasında münasibətlər pozulub və hazırda da həmin gərginlik yaşanmaqdadır. DİA.AZ-a bütün bunları xatırladan bilgili qaynaq idida edir ki, Fikrət Məmmədov bu gün ABŞ-a əslində «hakimiyyətin ehtiyyat variantı» kimi səfər edib: «Onun bu səfərinin əsas xüsusiyyəti ABŞ-ın Azərbaycanla bağlı dairələri ilə görüşmək və İlham Əliyevin namizədliyinin olmayacağı təqdirdə «ehtiyat planın» icrasına dəstək almaqdan ibarətdir. Mənbənin söylədikləri: «Fikrət Məmmədov bu gün ABŞ-a məhz YAP iqtidarının mövqeyini çatdırmaq üçün gedib. Hələlik «ehtiyat variant»a zərurət yaranmasa da, ekstremal şəraitə tədarük rəsmi Bakı üçün prioritet məsələdir. Yəni bu gün hakimiyyəti düşhündürən əsas məqamlardan biridir». Geri qayıt |