Əsas Səhifə > Sosial, Manşet > PKK-NIN RƏZİL HƏYATI AÇIQLANDI

PKK-NIN RƏZİL HƏYATI AÇIQLANDI


20-12-2011, 17:09
PKK-NIN RƏZİL HƏYATI AÇIQLANDI

ƏXLAQSIZ, İMANSIZ VƏ ÇİRKİN ÖRGÜT HƏYATI CÜMLƏ-CÜMLƏ DİA.AZ-DA

DİA.AZ: - Ağrıda təhlükəsizlik güclərinin əməliyyatı ilə tutularaq həbs olunan M.A. adlı terrorist dağda yaşananları anladıb. Keçmiş PKK üzvünün sözləri Türkiyənin «Milliyyət» qəzetində () dərc olunub. Maraq doğuracağını nəzərə alaraq həmin ifadələri diqqətinizə çatdırırıq.

M.A. ifadələrində terror təşkilatı mənsublarının donuz əti yeyərək bəsləndiyini, Zərdüştlük təhsili aldıqlarını və aylarla duş qəbul etmədən yaşadıqlarını bildirib. Təşkilat üzvlərinə polis və əsgərə qarşı qorxu təbliğatı edildiyini ifadə edən M. A. «Mən gözümlə gördüm ki belə bir şey yox, dağdakı insanlar sizin belə olduğunuzu bilsə dərhal təslim olarlar, onların təslim olmaması üçün davamlı Polis Əsgər və dövlət qorxusu işlənməkdədir»- deyib.

PKK başçıları omoseksual imiş

Ağrının Xəmir Mahalı Yuvacıq Kəndi Aladağlar ətrafında təşkil edilən əməliyyatda ələ keçərilən M.A. ifadəsində təşkilat içindəki dini inanış və əyri əlaqələr barədə bunları deyib: «Təşkilatda üst səviyyədə idarəçisənsə hər şeyi edə bilərsən səndən kimsə hesab soruşmaz. Əgər normal bir dağda döyüşçü mövqeyində təşkilat mənsubu sənsə etdiyin ən kiçik səhvin hesabı soruşular. Üst səviyyə idarəçilərin bir çoxunun qadınlar ilə hətta kişilər ilə cinsi əlaqəsi vardır. Qadınlar ilə əlaqəsi olan üst səviyyə idarəçilər bu qadınları yüksəldərək üst mövqelərə gətirərlər əgər əlaqəni rədd etsələr agentliklə günahlandırılıb cəzalandırılarlar. Bir-birlərini sevdiklərindən və sevgililərini kimsəylə paylaşmaq istəmədiklərindən təşkilatdan qaçan xeyli sayda insanlar olub.»

İslama inanmazlar, zərdüştülüyü yayarlar

Həbsə atılan terrorçu PKK-nın söykəndiyi dini-ideoloji məsələlərə də toxunub: «Təşkilat mənsublarına idarəçilər tərəfindən Zərdüştlük təhsili verilməkdədir. Zərdüştlüyün də müqəddəs bir din və kürdlərin gerçək dini olduğu öyrədilməkdədir. Zərdüştün kürdlərin peyğəmbəri olduğunu söyləyirdilər. Təşkilata yeni qatılanlardan namaz qılanlara və oruc tutanlara dərhal reaksiya çəkməsin deyə ilk başda qarışmırlar, sonra yavaş yavaş imkanları məhdudlaşdırılaraq namaz qılmalarına maneə törədilir, dəstəmaz almaları üçün su tapmalarına imkan verilmirdi. Mən təşkilata ilk qatıldığımda oruc tuturdum. İftar və sahur saatında yemək vermirdilər. Müəyyən bir müddət sonra gücün qalmır təmizlik edə bilmirsən, oruc-moruç qalmır. Zərdüştlük ilə əlaqədar düşərgələrdə bol-bol kitablar oxunmaqdadır.

Ermənilər və yəhudilər qardaş sayılır

M.A. kimi tanıdılan şəxs PKK düşərgələrində ermənilər və yəhudilərə xüsusi simpatiya aşılandığını bildirib: «Təşkilat düşərgələrində ayrıca bizləri yığdıqlarında ermənilərin də yaxşı insan olduğunu və onlarında kürd olduğunu söyləyirdilər. Hətta yəhudilərlə kürdlərin qardaş olduqları təbliğ edilir. Təşkilatı idarə edənlər nə Allaha nə Peyğəmbərə nə kitaba inanırlar heç birinə inanmırlar.»

Qaçmağa çalışanlar öldürülür

Terror düşərgələrində xüsusilə sivil dünyadan təcrid olunmaya önəm verildiyini bildirən M.A. Türkiyə dövləti əleyhinə yanlış təbliğat aparıldığını deyib: «Hər kəs terror təşkilatından ayrılacağı təqdirdə dövlətin işgəncəsi və ömür boyu həbsə qalacağı qorxusu altındadır. Təşkilat düşərgələrində daimi olaraq polisin, əsgərin insanları öldürən, işgəncə verən video görüntülər izlədilir. Bununla da təşkilat mənsublarının dövlətdən, əsgərdən və polisdən soyuması, onlara nifrət etməsi təmin edilir. Düşərgələrdə ailə həyatını göstərən təmizliyi göstərən evlilik kimi gözəl şeylərin olduğu filmlər göstərilmir. Qaçanlar birinci dəfə tutulduqda silahları alınaraq tunel, qazıntı işlərinə göndərilir, ikinci dəfə isə onun agent olduğu, dövlətlə əməkdaşlıq etdiyi haqda hökm çıxarılaraq öldürülür.»

İldə bir dəfə çimərlər, bədənlərinə bit düşüb

Tutulan terrorist dağdakı həyatda yemək, içki və təmizlik ehtiyaclarının necə qarşılandığı haqda da danışıb: «Bizim ehtiyaclarımızı Suriyalı «Şehə» kod adlı şəxs təmin etməkdə idi. Təşkilatdakılar zaman-zaman da donuz əti yeyirdilər, dini inancıma görə donuz ətini haram bildiyimdən mən yemirdim. Mən donuz əti yemədiyim zaman mənə reaksiya verirdilər. Mən də bu reaksiyadan xilas olmaq üçün mədəmin narahat olduğunu əti sevmədiyimi söyləyirdim. Donuzu silahla ovlayıb başını kəsib yeyirdilər. Donuzun bütün ətlərini yeyirdilər. Zaman zaman da ilan, ayı əti yediklərini gördüm. Kəndlərdən zaman zamanda yeməklər gəlməkdədir. Bu gələn yeməklər komandirlərə çatırdı. Sıravilər səsini çıxarmırdı. Dağda yaşayan qeyri-qanuni təşkilat mənsublarının hər hansı bir təmizlik anlayışları yoxdur. Mən dağda olduğum 2-2,5 il içərisində cəmi 2-3 dəfə yuyuna bilmişdim. Əksərinin paltarında və bədənində bit var. Qayalara kürəyimizi sürtərək qaşınmadan xilas olmağa çalışırdıq.»

İdarəçilərin bir əli yağda bir əli balda

M.A. sıravilərdən fərqli olaraq təşkilatın üst səviyyə idarəçilərinin ciddi bir çətinliklər yaşamadığını bildirib: «Bu aldadılmış, ağılları alınmış fağır gəncləri istifadə edən üst səviyyə idarəçilər isə bir əli yağda bir əli baldadır. Təşkilat şəxsiyyətimizi verməyə gəlməkdə ikən belə təşkilatın üst səviyyə idarəçisi olan Abbas Qalxan isə cipler ilə gəzməkdədirlər. Yastıq niyyətinə daşı istifadə etməkdəydik və hər gün ölüm, yabanı heyvan qorxusu ilə yatmaqdaydıq. Üzərimizdə yalnız bir ədyal vardı. Bir çox təşkilat mənsubu soyuqdan ötəri xəstəlik tapmaqdadır. Çoxunun böyrəklərində xəstəlik var. Ağılımda daim təşkilatdan qaçma düşüncəsi vardı. Mən təşkilata zorla aparıldım. Qaçmaq üçün davamlı fürsət gözlədim. Təşkilatdan getmək istədiyimi davamlı söylədiyimdən məni davamlı sığınacaq və tunel qazma işlərində işlətdilər. Kəndə təkrar getmək istəmirəm. Mən bu ana qədərki etdiyim hərəkətlərdən ötəri peşmanım.»


Geri qayıt