Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISININ SƏHHƏTİNDƏ PROBLEM YARANIB

İCRA BAŞÇISININ SƏHHƏTİNDƏ PROBLEM YARANIB


28-06-2013, 12:57
İCRA BAŞÇISININ SƏHHƏTİNDƏ PROBLEM YARANIB
Uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkən Daşkəsənin icra başçısı Əhəd Abıyevin səhhəti daha da ağırlaşıb. Hətta icra başçısının səhhətindəki yaranmış problemlərə görə, bir neçə həftədir ki, işə çıxmadığı bildirilir. Bu barədə 30gun.az-a daxil olan məlumatlara görə, Əhəd Abıyevin gözündə ciddi problem yaranıb. "Onun bir gözü tutulub. İkinci gözü isə 40 faiz görür. Hazırda o, Türkiyədə müalicə alır. Bundan sonra o, Almaniyada reabilitasiya kursu keçməyə yollanacaq. ", - deyə mənbə bildirir.

Bundan əlavə 30gun.az-a daxil olan məlumatlarda bildirilir ki, Əhəd Abıyevin səhhətindəki problemlərə və onun işə çıxmamağı barədə "yuxarılar" da məlumatlıdırlar. Hətta belə söz-söhbət gəzir ki, Əhəd Abıyev müalicədən qayıtdıqdan sonra səhhətində yaranmış problemlərlə bağlı vəzifəsindən alınacaq. Ən pis halda isə Daşkəsənin icra başçısı 2013-cü ilin sonuna qədər vəzifəsində qala bilər.

Geri qayıt