Əsas Səhifə > Dünya > MİTİNQƏ ÇAĞIRIŞA GÖRƏ DAHA 19 NƏFƏR HƏBS EDİLDİ

MİTİNQƏ ÇAĞIRIŞA GÖRƏ DAHA 19 NƏFƏR HƏBS EDİLDİ


20-12-2011, 17:40
MİTİNQƏ ÇAĞIRIŞA GÖRƏ DAHA 19 NƏFƏR HƏBS EDİLDİ

QAZAXISTANDA KÜTLƏVİ HƏBSLƏR

Ötən həftə kütləvi iğtişaşlar baş verən Qazaxıstanın Janaozen şəhərində yerli əhalini mitinqlərə çağıran 19 nəfər həbs olunub.

APA-nın məlumatına görə, Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımov bildirib ki, saxlanan şəxslər müəssisələrə gedərək insanları işi dayandırmağa və kütləvi aksiyalara qoşulmağa çağırıblar. Janaozen komendantı ötən gün fövqəladə hal rejimini pozduğuna görə 700 nəfərin saxlandığını açıqlayıb. Saxlanan şəxslərin əksəriyyətinin içkili vəziyyətdə olduğu bildirilir. Onlardan 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, dekabrın 16-da Janaozen şəhərində baş verən kütləvi iğtişaşlar zamanı rəsmi məlumatlara görə 14 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Hakimiyyət orqanları aksiya keçirən insanlara atəş açılmasını onların silahlı olması və polisə atəş açması ilə əsaslandırmağa çalışır.

Geri qayıt