Əsas Səhifə > Şou-biznes > ƏN ZÖVQLƏ GEYİNƏN AZƏRBAYCANLI KİMDİR?
ƏN ZÖVQLƏ GEYİNƏN AZƏRBAYCANLI KİMDİR?28-06-2013, 13:52 |
Dünən axşam ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının final gecəsi baş tutub. Axşam.az-ın məlumatına görə, Ruhi Əliyevanın rəhbərliyi ilə keçirilən qala gecədə müsabiqənin Aygün adlı qalibinə avtomobil hədiyyə olunub. İkinci yerin sahibəsi Pərvin Ruhi xanımın təqdim etdiyi brillant qaşlarla bəzədilən zinət əşyasını qazandı. Müsabiqənin üçüncüsü İsmət adlı iştirakçı isə xaricə iki nəfərlik səyahət udub. Mərasimin ən diqqət çəkən məqamlarından biri Türkiyədən Azərbaycana özəl qonaq olaraq dəvət olan tanınmış stilist və dizayner Hakan Akkayanın münsif kürsüsündə əyləşməsi idi. Ruhi Əliyevanın dəvəti ilə gələn Hakan ən gözəl geyinən xanımın seçilməsində yaxından iştirak etdi. Bununla yanaşı, onun şəxsi kolleksiyasının nümayişi də baş tutdu. Qeyd edək ki, münsiflər həyətinin digər üzvləri sırasında aparıcı Nərgiz Cəlilova, stilist Fuad Hacıyev, “Nərgiz” jurnalının baş direktoru Könül Nağıyeva, modelyer Afaq İsmailzadə və Leyla Əhmədova da var idi. Mərasimin aparıcıları da gecəni fərqli şəkildə idarə etdilər. Əsas aparıcı qismində ATV-nin siması Nanə Ağamalıyeva idi. O, dörd kişi həmkarının- Azər, Rüfət, Şəhriyar və Cavidin əhatəsində final mərhələsinin aparıcılığını həyata keçirdi. Gecə başa çatdıqdan sonra Ruhi qonaqlarını və komanda üzvlərini başına toplayaraq ziyafət təşkil edib. Geri qayıt |